“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Açıq Tender Elan Edir

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi (III mərhələ) tədbirləri üzrə tikinti işlərinin” satın alınması məqsədilə Açıq Tender Elan Edir
Satınalan təşkilatın adı- Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 
VÖEN- 1300300711 
H/h- AZ 10 IBAZ 38070019449716100216 
Bank-Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı
M/h- AZ03NABZ01350100000000002944
VÖEN- 990000188     
SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü) 
Əlaqələndirici şəxs – Qulam Şamil oğlu Aslanov (A.A.S)
Satınalan təşkiların ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a.
Əlaqələndirici şəxsin E-mail: [email protected]
Əlaqə nömrəsi – (012) 431 08 64.
Satınalma predimetinin adı – “Şəmkir maşın kanalının II növbəsininin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi (III mərhələ) ”.
Ünvan - Goranboy rayonu ərazisi, Gəncə-Qazax dağətəyi düzənliyinin Gəncəçay - Goranboy çaylararas ı sahəsi.
İşlərin qısa təsviri- Şəmkir maşın kanalı zonasında 11351ha, o cümlədən 6087ha mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 5264 ha yeni sahələrin su ilə təmin edilməsi məqsədilə uzunluğu 1=50229pm, su buraxma qabiliyyəti 4,57/ 0,3 m3/san olan paylayıcı kanalların(PK-9,PK-10,PK-11,PK-12,PK-13, PK-13-1, PK-14, və PK-15) qurğularla birlikdə tikintisi (III mərhələ tikinti) nəzərdə tutulmuşdur.. 
İşlərin yerinə yetirilmə müddəti 24 aydır.
Tender təkliflərinin qiymətləndirməsi meyarları – tender təklifinin ödəniş şərti 10 baldır.
 İddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.
İddiaçı tender təklifində 30 faizdən artıq avans ödənişi tələb edərsə, həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 30 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq, (30–X)/30x10 X-tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.
Qiymət təklifi 90 baldır.
İştirak haqqı 4500 (dörd min beş yüz) manatdır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Tender təklifi azı 45 bank günü qüvvətə olmalıdır (tender təkliflərinin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır). Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.)
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməlidir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti).
7. Rekvizitlər (iddiaçının, bankın imzası və möhürlə təsdiq edilməlidir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (asan xidmət tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (vergi xidməti tərəfindən təqdim edilməli və son rübü əhatə etməlidir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).
11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılıığının olması (iddiaçı tərəfindən təqdim edilməlidir).
12. İddiaçının kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması
(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).
13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıdakı 3 və 13-cü sıralarda göstərilən sənədləri 5 aprel 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 
İddiaçılar tender təklifini və bank təminatını isə 13 aprel 2023-cü il saat 17.00 –a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 14 aprel 2023-cü il saat 15.00-da açılacaqdır. 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.


Tender komissiyası

Reklam və elan