“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901 (Cild I) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 16.2.1-ci maddədə “tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)” sözləri “satışından bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait” sözləri ilə əvəz edilsin.

2. 16.3-cü maddədən “və enerji effektivliyi fondunun saxlanılması xərclərinin” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2024-cü il

Qanunlar