Azərbaycan Respublikasının Qanunu

post-img

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I) 9-cu maddəsinin üçüncü hissəsinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.

2. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129 (Cild I) 13-cü maddəsinin dördüncü hissəsinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2024-cü il

Qanunlar