Özbəkistan prezidentinin Türkiyəyə səfəri başlayıb

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyunun 6-dan etibarən Türkiyəyə rəsmi səfəri iki ölkə arasında qurulan strateji münasibətləri daha da möhkəmləndirəcək. Bu barədə “Anadolu” yazıb. 

1991-ci il avqustun 31-də Daşkənddə respublika parlamentinin fövqəladə iclasında Özbəkistanın dövlət müstəqilliyi elan edilib. Türkiyə 1991-ci il dekabrın 16-da Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkə olub. Özbəkistan və Türkiyə arasında diplomatik əlaqələr 1992-ci il martın 4-də qurulub.

Türkiyə həm də Özbəkistanda səfirlik açan ilk ölkədir. Bu ölkənin Daşkənddəki diplomatik missiyası 1992-ci ilin aprelində, Özbəkistanın Ankaradakı səfirliyi isə 1993-cü ilin yanvarında fəaliyyətə başlayıb.

Özbəkistanın müstəqilliyini elan etməsindən sonra 24 il ərzində Türkiyə-Özbəkistan münasibətləri müxtəlif səbəblərdən “eniş-yoxuş” yaşayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın 2016-cı ilin noyabrında Səmərqəndə səfəri Ankara ilə Daşkənd arasında münasibətlərdə yeni dövrün başlanğıcı olub.

P.ƏMİRCANOV

XQ

Dünya