Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 350 Bakı şəhəri, 22 iyul 2024-cü il

Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçi­rilən malların və nəqliyyat vasitələ­rinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qə­rara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951; 2024, № 3, maddə 314 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 275 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bə­yan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 14.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 14.3.3–14.3.6-cı yarımbəndlər əlavə edilsin:

“14.3.3. malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətin­də bəyannaməçi malları müvafiq göm­rük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda; 

14.3.4. Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;

14.3.5. bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaq­la, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;

14.3.6. yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə min­miş qərarı olduqda.”.

2. 14.4-cü bəndə aşağıdakı məz­munda ikinci cümlə əlavə edilsin:

“Gömrük bəyannaməsində düzə­liş edilməsi bu Qaydaların 11 nömrəli əlavəsində göstərilmiş formaya uyğun olaraq həyata keçirilir.”.

3. 14.10-cu bənd aşağıdakı redak­siyada verilsin:

“14.10. Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru al­tında yerləşdirilməməsi müəyyən edil­dikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilir.”.

4. 1-9 nömrəli əlavələrin 26-cı qrafasının adında “ölkəyə daxil olan” sözləri “ölkə daxilində” sözləri ilə əvəz edilsin.

5. 2 nömrəli əlavənin “Qeyd” hissə­sindən “18-ci”, “25-ci”, “26-cı” və “27-ci” sözləri çıxarılsın.

6. 11 nömrəli əlavə əlavə edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları