№ 351 Bakı şəhəri, 22 iyul 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 fevral tarixli 83 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 fevral tarixli 83 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 215) ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənd ləğv edilsin.
2. 2.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.1. qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında;”.
3. 3.1-ci bənddə “2.2-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin.
4. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.4. valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri