№ 202 Bakı şəhəri, 5 aprel 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nda və 2023-cü il 20 fevral tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 dekabr tarixli 2378 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 319 (Cild I) ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.3-cü yarımbənddə “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin yarımbəndə “Təhlükəsizliyi” sözündən sonra “Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri əlavə edilsin;
1.2. 3.1-ci və 3.2-ci bəndlərdə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndlərə “Təhlükəsizliyi Xidməti” sözlərindən sonra “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri əlavə edilsin;
1.3. 4.7-ci bəndin birinci cümləsində birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə “Təhlükəsizliyi” sözündən sonra “Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 325 (Cild I) ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2.1-ci yarımbənddə “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin yarımbəndə “Təhlükəsizliyi Xidmətinin” sözlərindən sonra “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin” sözləri əlavə edilsin;
2. 2. 9.3-cü bəndə “Kəşfiyyat Xidməti” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
3.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin müraciətinə əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığortaolunana tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu Qərarın qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində unikal kodun verilməsini təmin etsin;
3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri