№ 203 Bakı şəhəri, 5 aprel 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 noyabr tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə və 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı ilə təsdiq edilmiş “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 noyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1353 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 mart tarixli 116 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.5-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1361 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 mart tarixli 116 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri