Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 336 Bakı şəhəri, 22 sentyabr 2023-cü il

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu­na daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təs­diq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319, № 6, maddələr 1223, 1226; 2018, № 11, maddələr 2429, 2456, № 12 (II kitab), maddələr 2739, 2759; 2019, № 11, maddə 1853; 2020, № 3, maddə 368, № 7, maddə 980, № 10, maddə 1301; 2021, № 3, maddə 268, № 6 (IV kitab), maddə 689, № 9, maddə 1062; 2022, № 3, maddə 253, № 7, maddə 812; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 250 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qu­rumların Siyahısı” aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna
daxil olmayan tabeliyindəki qurumların

SİYAHISI

Sıra №-si       Qurumların adı         

                       Elmi müəssisələr

1.                    Fizika İnstitutu
2.                    Riyaziyyat və Mexanika İnstitutu
3.                    İdarəetmə Sistemləri İnstitutu
4.                    Radiasiya Problemləri İnstitutu
5.                    İnformasiya Texnologiyaları İnstitutu
6.                    Biofizika İnstitutu
7.                    Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
8.                    Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
9.                    Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
10.                  Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu
11.                  Polimer Materialları İnstitutu
12.                  Geologiya və Geofizika İnstitutu
13.                  Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu
14.                  Təbiət Tarixi Muzeyi
15.                  Neft və Qaz İnstitutu
16.                  Botanika İnstitutu
17.                  Zoologiya İnstitutu
18.                  Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu
19.                  Mikrobiologiya İnstitutu
20.                  Dendrologiya İnstitutu
21.                  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
22.                  Genetik Ehtiyatlar İnstitutu
23.                  Torpaqşünaslıq və Aqrokimya İnstitutu
24.                  İqtisadiyyat İnstitutu
25.                  Azərbaycan Respublikasının Təhsil İnstitutu
26.                  Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və                                   proqnozlaşdırılması problemləri üzrə” elmi-tədqiqat laboratoriyası
27.                  Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan)
28.                  Bioresurslar İnstitutu (Naxçıvan)
29.                  Batabat Astrofizika Rəsədxanası (Naxçıvan)
30.                  Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə)
31.                  Bioresurslar İnstitutu (Gəncə)

32.                  Aqrar Problemlər İnstitutu (Gəncə)
33.                  Nəbatat Bağı (Gəncə)
                 

                              Ali təhsil müəssisələri

1.                   Bakı Dövlət Universiteti
2.                   Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3.                   Azərbaycan Dövlət İqtisad Universiteti
4.                   Azərbaycan Texniki Universiteti
5.                   Azərbaycan Memarlıq və İnşaat Universiteti
6.                   Azərbaycan Dövlət Pedaqoji Universiteti
7.                   Bakı Mühəndislik Universiteti
8.                   Bakı Slavyan Universiteti
9.                   Azərbaycan Dillər Universiteti
10.                 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
11.                 Azərbaycan Rəssamlıq Akademiyası
12.                 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
13.                Azərbaycan Milli Konservatoriyası
14.                Naxçıvan Dövlət Universiteti
15.                Sumqayıt Dövlət Universiteti
16.                Azərbaycan Texnologiya Universiteti
17.                Gəncə Dövlət Universiteti
18.                Lənkəran Dövlət Universiteti
19.                Naxçıvan Müəllimlər İnstitutu
20.                Mingəçevir Dövlət Universiteti


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar


1. Siyahısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan orta ixtisas təhsili müəssisələri və digər qurumlar

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar

1. Siyahısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan peşə təhsili müəssisələri və digər qurumlar

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna
daxil olmayan tabeliyindəki qurumlar

1. Siyahısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan məktəbəqədər, ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələri və digər qurumlar

Təsərrüfathesablı elmi xidmət müəssisələri

1. “Nafta” Elmi İstehsalat Birliyi
2. “Aşqar” Elmi İstehsalat Birliyi
3. “Kompozit” Elmi İstehsalat Birliyi
4. Təcrübə İstehsalatlı Kibernetika Xüsusi Konstruktor Bürosu
5. Təcrübə-Sənaye Zavodu
6. “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti

Digər qurumlar

1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi
2. Təhsil Tələbə Krediti Fondu
3. Təhsilin İnkişafı Fondu
4. Peşə Təhsilinin İnkişafı Fondu
5. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
7. Uşaqların Müdafiəsi İdarəsi
8. Xalq Təhsili Muzeyi
9. Xarici tələbələrlə, doktorantlarla və stajkeçənlərlə iş üzrə Şuranın Katibliyi

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin və digər qurumların, Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin, digər qurumların və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri və digər qurumların siyahılarını təsdiq etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları