№ 337 Bakı şəhəri, 22 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarının ləğv edilməsi haqqında” 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında” 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarının ləğv edilməsi barədə
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 882 ştat vahidi təsdiq edilsin.
2. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 163, № 12, maddə 1552) 1-ci hissəsi ləğv edilsin.
3. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1442) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri