Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 335 Bakı şəhəri, 22 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsi­li) təhsilinin məzmunu və təşkili Qay­daları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanun-vericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431; 2020, № 3, maddə 341, № 5, maddə 650, № 12 (V kitab), maddə 1605; 2021, № 2, maddə 205, № 6 (IV kitab), maddə 664; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Bakalav­riat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinin birinci abzasına aşağıdakı məz­munda beşinci-səkkizinci cümlələr əlavə edilsin:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Hey­dər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqram­larının icrasına başlamazdan əvvəl bü­tüntəhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəru­ri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edi­lir. Hazırlıq kursunun proqramını Azər­baycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymət­ləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsi­lalan xüsusi təyinatlı ali təhsil müəssisə­sindən xaric edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları