Ulu öndər və Sumqayıt sənayesinin inkişafı

post-img

Azərbaycanın hərtərəfli tərəqqisində Ulu öndər Heydər Əliyevin ölçüyəgəlməz xidmətləri olub. Onun rəhbərliyi dövründə ölkə həyatının bütün sahələri kimi, sənayenin də inkişafı naminə həyata keçirilən mühüm tədbirlər bunu deməyə əsas verir. 

Təkcə Sumqayıt şəhərində vaxtilə minlərlə adamın çalışdığı Kompessorlar və Məişət kimyası zavodlarının, Polimer Tikinti Materialları və Evtikmə kombinat­larının, Üst Trikotaj və Xovlu İplik fabrik­lərinin, “EP-300” və “Polimer-120” komp­lekslərinin, nadir enerji qurğusu olan Buxar-generator kompleksinin tikilib işə salınması ilə Azərbaycanın sənaye po­tensialı əhəmiyyətli dərəcədə genişlənib. 

Bu və digər obyektlərin hamısı məhz görkəmli dövlət xadimi Heydər Əliye­vin Azərbaycana rəhbərliyə başladığı 1969-cu ildən sonra ərsəyə gəlib. Hə­min müəssisələr olmasaydı, o zaman ölkəmiz kasıb, iqtisadi potensialı zəif bir əyalət kimi qalardı. Təbii ki, bugünkü iq­tisadi yüksəlişimizin möhkəm təməlinin qoyulmasına da Ulu öndərin 34 illik tita­nik fəaliyyəti, böyük fədakarlığı, maneə və çətinlikləri mətinliklə dəf etməsi ilə nail olunub. 

Bütün bunlar inamla deməyə əsas verir ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin tarixi qaçılmazlığını, la­büdlüyünü uzaqgörən siyasətçi intuisi­yası ilə hiss edib, milli iqtisadiyyatın, o cümlədən neft-kimya sənayesinin pers­pektivlərinə bu mövqedən yanaşıb. Hə­min səylər hələ 70-ci illərdən Azərbay­canın özgürlüyünə geniş hazırlıq kimi dəyərləndirilməlidir. 

Məhz Ulu öndərin təşəbbüsü və təkidi ilə sovet dövründə kimya sənayesinə aid mütərəqqi avadanlıqların respublikamız üçün daha çox ayrılmasına nail olunub. Düz 50 il öncə artıq Azərbaycanda bir çox kimya məhsullarının – kaustik soda və sulfanolun, sintetik qətran və mineral gübrələrin geniş istehsalı təşkil edilib. Heydər Əliyev yeni tikilən hər bir səna­ye obyektinin gələcəkdə Azərbaycan iqtisadiyyatında oynayacağı rolu nəzərə alaraq, inşaat işlərinin yüksək keyfiyyətlə aparılmasını ciddi nəzarətdə saxlayırdı, bu məqsədlə dövlət strukturlarının rəh­bərlərini öz şəxsi nümayəndəsi kimi tikin­tilərə təhkim edirdi. İşlərin sürətlə aparıl­ması üçün lazım olan bütün resurslardan maksimum səmərəli şəkildə istifadə olu­nurdu. 

O zamanlar Azərbaycanda sənaye­nin metallurgiya, maşınqayırma, kimya, energetika sahələrində yenidənqurma işləri də geniş vüsət alıb, modern texno­logiyalar istehsalata uğurla tətbiq olunur, rekord nəticələr qazanılırdı. Respublika­mızda iqtisadi resurslar hərəkətə gəlir, uzun illərin durğunluğundan sonra səna­yedə sıçrayış baş verirdi. 

Bu gün hər bir sumqayıtlı fəxr edir ki, Ulu öndər Sumqayıta 16 dəfə – təxminən iki ildən bir səfər edib və onun hər səfərin­də təkcə Sumqayıt üçün deyil, bütövlük­də Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan yeni istehsalatların, sosial-mədəni obyektlərin əsası qoyulub, tərəqqi proseslərinin uğurla başa çatdırıl­ması üçün etibarlı zəmin yaradılıb. 

Bir məqam xüsusi qeyd edilməlidir ki, Heydər Əliyev Azərbaycanda hakimiy­yətə gələnə qədər Sumqayıt, demək olar ki, birtərəfli inkişaf etmişdi. Şəhər əsasən ağır sənaye kompleksinin məkanı idi. Ard-arda digər sahələr genişləndirilməyə başladı. Heydər Əliyev növbəti səfərlə­rinin birində Sumqayıtda yüngül səna­ye komplekslərinin yaradılması barədə göstəriş verdi və qısa bir zamanda şəhər­də iki iri fabrik – Üst tirokotaj və Xovlu ip­lik fabrikləri tikilərək istifadəyə verildi. Ulu öndərin səfərlərinin real nəticəsi olaraq, Sumqayıt öz sosial-iqtisadi tərəqqisini yüksək templə davam etdirərək, müa­sir, güclü sənaye şəhəri kimi formalaşdı, burada zəruri sosial infrastrukturun yara­dılması prosesi geniş vüsət aldı. Heydər Əliyevin atalıq qayğısı sayəsində Sumqa­yıt respublikanın qabaqçıl, nümunəvi bir şəhərinə çevrildi.

Azərbaycanı dünyanın qabaqcıl ölkələri ilə bir sırada görmək istəyən müdrik rəhbərimiz uzun illər ərzində, həqiqətən də, çox böyük və fundamen­tal işlər görüb. Hələ sovet dövründə res­publikamızın özündə belə çoxları Heydər Əliyev tərəfindən başlanmış genişmiq­yaslı işlərin əsl mahiyyətini, onların hansı mühüm məqsəd daşıdığını başa düş­məkdən uzaq idilər. Bunun əsl mahiyyəti­ni bilən və görülən işlərdən sonsuz fərəh duyan isə dаhi şəхsiyyətin özü – Heydər Əliyev idi! 

Respublikamızın bütün sənaye sahələrinin dinamik, kompleks inkişafı üçün özünün geniş proqramını həya­ta keçirən Ulu öndər Azərbaycanın ağır sənaye mərkəzi kimi Sumqayıtın sürətli tərəqqisinə, onun iqtisadi potensialının güclənib-artmasına nail olmaq üçün daim böyük səylər göstərir, iri miqyaslı təd­birlərin reallaşması üçün ardıcıl olaraq səmərəli işlər aparırdı. Tədricən Sumqa­yıt iri sənaye mərkəzi, metallurgiya və neft-kimya şəhəri kimi Azərbaycanın iq­tisadiyyatında aparıcı yer tutdu. 

Vaxtilə Azərbaycan Boru-pokat za­vodu SSRİ-nin bütün neft regionlarını, o cümlədən Tümendə yeni kəşf olunmuş neft yataqlarını xüsusi möhkəmliyə və davamlılığa malik qazma və neft borula­rı ilə təmin edən əsas, başlıca təchizatçı müəssisə idi. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərinin sonlarında SSRİ Nazirlər Soveti sədrinin o vaxtkı birinci müavini Nikolay Tixonov Heydər Əliyevin dəvəti ilə ilk dəfə Azərbaycana gələrkən Ulu ön­dər onu əsasən rekonstruksiya və əsaslı modernizasiyaya ehtiyacı olan həmin zavodun vəziyyəti ilə tanış etmişdi. Çün­ki daim yüksəlişə can atan, irəliyə baxan respublika rəhbəri haqlı olaraq hesab edirdi ki, ittifaq tabeliyində olan həmin müəssisənin texniki bazası və texnoloji avadanlığı dövrün standartlarından geri qalır. 

SSRİ Qara Metallurgiya Nazirliyi isə zavodun rekonstruksiyası və moderniza­siyası üçün heç bir tədbir görmür, müva­fiq maliyyə vasaiti ayırmırdı. Bu səbəb­dən 1973–74-ci illərdə zavodun istehsal etdiyi qazma və neft borularının bir qismi­nin keyfiyyəti yüksək texniki tələblərə ca­vab vermirdi. Neftçilərdən Azərbaycana, hətta Moskva rəhbərliyinə ünvanlanan şikayətlər narahatlıq doğururdu. Sumqa­yıt metallurqları ilə dəfələrlə müəssisədə görüşən Ulu öndər neftçilərin şikayətlə­rinə insan amilinin deyil, texniki amilin – metallurgiya avadanlıqlarının müasir tələblərə cavab verməməsinin səbəb olduğunu bilincə, N.Tixonovun Azərbay­cana gəlməsinə nail olmuş, onu real və­ziyyətlə yerindəcə tanış etmişdi ki, isteh­salatın modernizasiyasına nail olunsun. 

Heydər Əliyevin müşayiəti ilə Niko­lay Tixonuv Sumqayıtın bir çox sənaye müəssisələrini, o cümlədən Boru-prokat zavodunun sexlərini gəzmiş, mütəxəs­sislərlə görüşüb, onların fikirlərini öyrən­miş, Azərbaycan, Tatarıstan, Başqırdıs­tan və Sibir neftçilərini müxtəlif təyinatlı qazma və neft boruları ilə təmin edən bu iri metallurgiya müəssisəsində tex­niki tərəqqiyə, müasirləşməyə kəskin ehtiyac duyulduğuna bilavasitə əmin olmuşdu. 

Çox keçmədən, zavodda köhnə me­tallurgiya dəzgahlarının əvəzinə yüksək texnologiyalar əsasında hazırlanmış yeni avadanlığın tətbiqinə, universal istehsa­lat sahələrinin yaradılmasına, mövcud sexlərin layihə gücünə çatdırılmasına dair tədbirlər planı hazırlandı və uğur­la həyata keçirildi. Məhz həmin səfərin konkret nəticəsi olaraq Sumqayıtın po­lad boru istehsalçılarına tezliklə Alma­niyadan alınmış, yüksək keyfiyyəti və məhsuldarlığı təmin edən “EMAQ” mar­kalı unikal boruyayma kompleksi verildi. Həmin texnoloji kompleksin sayəsində əl əməyinin avtomatlaşdırıldığı yeni is­tehsalat sahəsi yaradıldı, polad boruların keyfiyyəti kifayət qədər yüksəldi və isteh­sal həcmi xeyli artdı... 

Sumqayıt sənaye potensialı və yeni istehsalatların tətbiqi baxımından SSRİ üçün həmişə bir sınaq poliqonu olub. Burada, bir qayda olaraq, yeni kimya is­tehsalatları əvvəlcə pilot şəklində qurulur, onların mənimsənilməsi prosesi gedir, yalnız sınaqların uğurla başa çatması­na əminlik yarandıqdan sonra həmin istehsalatların tikintisi SSRİ-nin müxtəlif şəhərlərinin kimya müəssisələrində də geniş miqyasda həyata keçirilirdi. Buna misal olaraq o dövr üçün tibb sənayesinin əsas komponentlərinin tərkib hissələrin­dən biri olan butil-kauçuku (elastomeri) göstərmək olar. Belə ki, onun istehsalı üçün ilk kiçik pilot qurğusu Sumqayıt­da tikilib, sınaqdan keçirilmişdi. Təcrübi olaraq ilk dəfə Sumqayıtda alınan tibbi butil-kauçukun istehsal texnologiyası Heydər Əliyevin sayəsində məhz Azər­baycanda mənimsənilib, burada geniş şəkildə istehsal olunmağa başlanmışdı. 

1970-ci illərdə SSRİ rəhbərliyi məişət­də böyük ehtiyac duyulan, lakin tələbatın kifayət qədər ödənilmədiyi sintetik yu­yucu vasitələrin istehsalının genişlən­dirilməsi ilə bağlı xüsusi müşavirələr keçirir, problemin səmərəli həlli yollarını axtarırdı. Çünki sintetik yuyucu vasitələ­rin çatışmazlığı təkcə adi məişətdə deyil, hətta yüz minlərlə əsgərin xidmət etdiyi hərbi hissələrdə də ciddi problemlərə səbəb olurdu. Odur ki, həmin dövrdə Sumqayıtın “Kimyasənaye” zavodunda yeni yuyucu vasitələr istehsalının əsas komponentləri olan xlor və kaustik soda istehsalatlarının yaradılması və genişlən­dirilməsi qərarı verilmişdi. Heydər Əliye­vin xüsusi diqqəti sayəsində bu məsələ çox keçmədən uğurla həll edildi, respub­likanın iqtisadi gəlirinin artmasına nail olundu. 

Mənim də bir zaman 19 il çalışdı­ğım Sumqayıt Sintetik Kauçuk zavodu (SK) Azərbaycanda keçmiş İttifaqın ye­ganə müəssisəsi idi ki, birbaşa SSRİ-nin Neft-Kimya Sənayesi Nazirliyinə tabe idi və nazirlik üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki SSRİ-də neft-kimyanın in­kişafı SK-da istehsal edilən neft-kimya məhsullarından da çox asılı idi. Lakin 1969–70-ci illərdə zavodun istehsalat sahələri o dövrün mövcud köhnə texno­logiyasına və avadanlıqlarına hesab­lanmışdı. Ona görə də aparılan kimyəvi proseslərin iqtisadi səmərəsi çox aşağı idi, həm də ekologiyaya ciddi ziyan vu­rulurdu. 

Heydər Əliyevin dəvəti ilə Kremlin nümayəndəsi N.Tixonovun Sumqayıta gələrək, kimya müəssisələrinə, bilava­sitə SK zavoduna baş çəkməsi nəticə etibarilə burada mütərəqqi texnologiya­nın, yeni istehsal proseslərinin tətbiqinin qaçılmazlığı fikrini qətiləşdirdi. Bu zavod yeganə müəssisə idi ki, bütün SSRİ-nin yüngül sənayesini xammalla – xüsu­si kimyəvi maddələrlə, İttifaqın bir sıra sahələrini müxtəlif markalı latekslərlə, avtomobillər üçün şin istehsalatlarını sin­tetik kauçukla və s. xammallarla təmin edirdi. 

O dövrdə istehsal olunan latekslərin əksəriyyəti yüngül sənayenin əsasını, özəyini təşkil edən komponentlər idi. Və başlıca məsələ ondan ibarət idi ki, o vaxt­lar bütün kimya sənayesi müəssisələri­nin – Sintetik kauçuk zavodu ilə yanaşı, “Kimyasənaye”, “Üzvi sintez”, Superfos­fat və Məişət kimyası zavodlarının da in­kişafı, təkmilləşdirilməsi qarşıda mühüm vəzifə kimi dururdu. Məsələ diqqətə alın­dı və tədricən həllini tapdı. 

Heydər Əliyevin 70-ci illərdə Sumqa­yıta səfərlərinin əsas məqsədi sənaye məhsullarının kəmiyyətinin artırılması və keyfiyyətinin yüksəldilməsi, fiziki əməyin xüsusi çəkisinin azaldılması, yeni texno­logiyaların tətbiqinin genişləndirilməsi idi. Bu yöndə reallaşan tədbirlərə misal ola­raq, SSRİ-də ilk dəfə dənəvər superfosfat istehsalına Sumqayıtda başlanılmasını, İttifaq miqyasında ilk yuyucu maddələr istehsalının “Kimyasənaye” İB-də həyata keçiriliməsini, bir sıra texniki, maşın yağ­ları üçün qatqıların Aşqarlar zavodunda istehsalını göstərmək olar. Respublika rəhbərinin sayəsində 1970-ci illərin orta­larında “Üzvi sintez” zavodunda bir çox problemlərin həllinə imkan verə bilən sə­naye istiqamətləri müəyyənləşdirildi və uğurla həyata keçirildi. 

Yaxşı xatırlayıram, Sumqayıtın 25 illik yubileyi ərəfəsində SK zavodunda keçirilən yığıncaqda Heydər Əliyev nara­hatlıqla belə bir məsələyə diqqət yetirdi ki, Yaponiya texnologiyası və avadanlığı əsasında inşa edimiş Sumqayıt Komp­ressorlar zavodu bir müddət əvvəl isti­fadəyə verilsə də, hələ də məişət soyu­ducuları üçün lazım olan kompressorlar buraxılmır. Səbəbi? Respublika rəhbə­rinin elə həmin tədbirdə ciddi sorğu-su­alının, araşdırmalarının nəticəsi olaraq məlum olmuşdu ki, nazirlik və müəssisə rəhbərlərinin səhlənkarlığı üzündən kom­pressor istehsalı üzrə lazım olan kadrlar, işi apara bilən mütəxəssislər vaxtında, əvvəlcədən hazırlanmayıb. 

Heydər Əliyev buna görə yığıncaq­da kəskin narazılığını, iradlarını bildirdi, problemin aradan qaldırılması, təcili təd­birlər görülməsi üçün konkret göstəriş­lərini verdi. Və respublika rəhbərinin işə bilavasitə müdaxiləsindən bir müddət sonra yerli mütəxəssislər hazırlandı və kompressorlar zavodu özünün ilk məh­sulunu istehsal etməyə başladı. 

Sovet dövründə respublikada hər hansı bir iri sənaye müəssisəsi və qurğu­sunun inşası Kremlin razılığı və birbaşa nəzarəti olmadan aparılmırdı. Təbii ki, bu səbəbdən Azərbaycan rəhbəri üçün yeni obyektlərin tikintisi maneəsiz ötüş­mürdü. Bununla bağlı mühüm bir faktı yada salmaq istərdim.

Bakının “Qarаşəhər” аdlаndırılаn sənaye rayonu 70-ci illərə qədər primi­tiv tехnоlоgiyаlаr əsаsındа tikilmiş kiçik məhsuldаrlığа mаlik, еkоlоji cəhətdən dözülməz vəziyyət yаrаdаn хırdа zаvоd­lаrın ərаzisi idi. Оradа istеhsаl оlunаn məhsullаr bir neçə köhnə bоru хətti ilə 45 kilometr məsаfədən Sumqаyıtа ötürülərək, “Sintеzkаuçuk” zаvоdundа еmаl оlunurdu. Məsələnin köklü həlli yаlnız Sumqayıtda müаsir tələblərə uy­ğun yеni nеft-kimyа kоmplеksinin – EP-300-ün tikilməsi ilə mümkün idi. Lаkin heç kim bunu etmirdi. Moskva Azərbay­cana EP-300 kompleksi verməməsini o arqumеntlə əsaslandırırdı ki, guya həmin texnoloji qurğu üçün SK zavo­du ərazisində müvаfiq əlvеrişli sahə yoxdur. Hеydər Əliyеv “yuxarıların” bu bəhаnəsini kəsmək üçün SSRİ Nаzirlər Sоvеtinin və SSRİ Nеft-Kimyа Sənаyеsi Nаzirliyinin rəhbər nümаyəndələrini və mütəхəssislərini Sumqayıta dəvət еt­mişdi. 

Çalışdığım SK zavodunda işlə bağlı sexlərdən birinə gedərkən müəssisənin ərazisinə maşın kartejinin daxil olduğunu gördüm. İlk anda kim olduqlarını bilmədi­yim nümayəndələr EP-300 istehsalatının indiki yerində, o vaxt boş olan meydança­da maşından düşdülər və ətrafa göz gəz­dirdilər. Onların arasında özünün lider əzəməti ilə seçilən Heydər Əliyevi görüb, sevindim. Mənim üçün talenin xoş qismə­ti idi ki, o böyük şəxsiyyətin zavodumuza həmin gəlişinin şahidi olmuşdum. 

Düzü, o vaxt başa düşməmişdim ki, Heydər Əliyevin müəssisəmizə qəfil gə­lişindən məqsəd nədir? Yalnız sonradan bildim ki, Heydər Əliyev moskvalı qonaq­ları məhz EP-300 üçün uyğun ərazinin olduğunu sübut etmək üçün buraya gə­tirib. Respublika rəhbəri özü meydançanı az qala addım-addım ölçür və onları fakt qarşısında qoyurdu. 

Yаlnız ondаn sоnrа yeni kоmplеksin Sumqаyıtdа tikilməsinə rаzılıq vеrildi və lаyihələndirilmə işlərinə bаşlаnıldı. Bu həm Bаkı və Sumqayıtın еkоlоji prоblеm­lərinin müəyyən həllinə, həm də rеspub­likа iqtisаdiyyаtının sıçrаyışlı inkişаfınа imkаn yаrаdacaqdı. Bax, bu idi Heydər Əliyev prinsipiallığı, cəsarəti və siyasi nüfuzu! 

Beləcə, Sumqayıtda yeni və müasir, yüksək səmərəliliyə malik unikal “EP-300” kompleksinin, daha sonra isə onun texnoloji davamı olan “Polimer-120” qur­ğusunun tikintisi Heydər Əliyevin uzaq­görən iqtisadi siyasətinin, vətənpərvər qətiyyətinin real bəhrəsi idi.

“EP-300” kompleksinin tikintisinin texniki əsaslandırılmasına, planlaşdırıl­masına, layihə-smeta sənədlərinin hazır­lanmasına və tikinti işlərinə başlanılanda Ulu öndər artıq Moskvaya getmişdi və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müa­vini vəzifəsində çalışırdı. Buna baxma­yaraq, daim yeni kompleksin tikintisi ilə maraqlanır, problem olub-olmadığını öyrənir, lazımi köməkliyini edirdi. Yəni respublikadan kənarda olsa da, Sumqa­yıtı, onun neft-kimya sənayesini diqqət mərkəzində saxlayırdı.

Təəssüf ki, sonralar Azərbaycana rəhbərlik edənlərin heç birində Heydər Əliyevin siyasi müdrikliyi, idarəetmə səriştəsi, qətiyyəti, iradəsi və ən baş­lıcası, nüfuzu olmadığı üçün tədricən iqtisadiyyatımız da iflasa uğradı, iqtisa­di əlaqələr də pozuldu, üstəlik, erməni sеpаrаtizmi də baş qaldırdı. Siyаsət və qtisаdiyyаt sаhələrində yаrаnаn çаtlаrın təsiri ilə xalqımız ağır sınaqlarla üzləş­məli оldu. Mütiliklə Kremlin göstərişləri üzrə hərəkət edən, itaətkar mövqe tutan üzdəniraq rəhbərlər ölkəni və xalqı uçu­ruma sürüklədilər. Sumqayıtın neft-kimya sənayesi də iflic vəziyyətə düşdü... 

Ulu öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn zaman yenicə müstəqillik qazanmış ölkə­mizdə sosial-iqtisadi vəziyyət çox acına­caqlı idi. Belə bir çətin dövrdə Heydər Əliyev Qarabağla bağlı təxirəsalınmaz problemləri yoluna qoyduqdan sonra yenə də milli iqtisadiyyata diqqət ayırdı, Sumqayıtda da yeni istehsal sahələrinin yaradılmasına başlanıldı. İlk növbədə SK zavodunda (sonradan Etilen-polie­tilen zavodu adlandırıldı) Sumqayıtın neft-kimya sənayesinin elektrik enerjisinə tələbatının tam və dolğun ödəyə biləcək Buxar-generator kompleksinin inşasına nail olmaq lazım idi. 

Ulu öndər bu məqsədlə 1998-ci ildə Yaponiyaya tarixi səfəri zamanı gündo­ğar ölkənin rəhbərləri ilə Sumqayıtda həmin qurğunun dövlət zəmanəti ilə kre­ditlə alınaraq, inşa edilməsi üçün razılıq əldə etdi və artıq 2001-ci ildə kompleks tаm işə salındı. Dahi rəhbər öz ideyasının bəhrəsi olan həmin qurğunun təntənəli açılış mərasimində iştirak edərək, kimya­çılara özünün ən böyük, misilsiz töhfəsini verdi. 

Bu gün xüsusilə qeyd etmək lazımdır ki, əgər Heydər Əliyev o ağır günlərdə müdrik bir uzaqgörənliklə ölkənin kimya sənayesinin enerji təchizatında yarana biləcək böhran vəziyyətini qabaqcadan duymasaydı və Buxar-generator komp­leksinin vaxtında alınıb, istifadəyə veril­məsinə nail olmasaydı, yəqin ki, həmin dövrdə təkcə Etilen-polietilen zavodu de­yil, digər kimya müəssisələri də çox ağır enerji böhranı ilə üzləşər, bütün isteh­salat sahələri öz fəaliyyətini dayandırar, minlərlə kimyaçı işsiz qalardı. 

Bəli, Ulu öndər Heydər Əliyev bütün şərəfli ömrü boyu Azərbaycanın və böyük sənaye şəhəri olan Sumqayıtın hərtərəfli tərəqqisi üçün çox böyük miqyaslı işlər görmüşdür. Bu gün dаhi rəhbərimizin lаyiqli siyаsi dаvаmçısı оlаn möhtərəm Prеzidеntimiz İlhаm Əliyеv quruculuq işlərinə, iqtisadiyyatın bütün sаhələrinin müasir tələblər səviyyəsində olmasına ciddi önəm verir. Hər bir azərbaycanlı bütün aydınlığı ilə dərk edir ki, xalqımızın bugünkü firavan yaşayışında, ölkəmizin hər bir sahədə əldə etdiyi uğurlarda Ulu öndərimizin hələ 1969-cu ildən başlaya­raq doğma xalqının xoş sabahı naminə gördüyü ölçüyəgəlməz quruculuq işləri­nin, onun titanik fəaliyyətinin əvəzsiz rolu vardır.

Əbülfəz BABAYEV,
texnika elmləri doktoru, professor



İqtisadiyyat