Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 308 Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli, “Tikintisinə icazə tələb edilən tikin­ti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin si­yahısı”nın təsdiq edilməsi haqqın­da” 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlu­matlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata ke­çiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli və “Ətraf mühitə təsirin, o cümlədən trans­sərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti”nin təsdiq edilməsi haqqında” 2022-ci il 21 sentyabr tarixli 362 nömrəli qərar­larında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konsti­tusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, “Azər­baycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edil­məsi haqqında” Azərbaycan Respub­likasının 2022-ci il 20 dekabr tarixli 731-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2014, № 9, maddə 1126; 2018, № 11, maddə 2445; Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 429 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ti­kinti obyektinin istismarına icazə” və 2 nömrəli əlavə - “Reklam qurğusunun istismarına icazə” formalarında “Təq­dim” sözü “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1-2-ci maddəsinə uyğun olaraq əldə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2014, № 9, maddə 1133; 2019, № 5, maddə 948; 2020, № 6, maddə 813; 2022, № 5, maddə 556) ilə təsdiq edil­miş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”na aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu siyahının 1-ci və 2-ci his­sələrində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitə­silə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifa­rişçinin razılığı ilə sorğu əsasında mü­vafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.

3. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2015, № 1, maddə 58, № 10, mad­də 1210; 2016, № 2 (II kitab), maddə 364; 2017, № 3, maddə 515; 2018, № 5, maddə 1138, № 8, maddə 1819; 2019, № 7, maddə 1358, № 12, maddə 2074; 2020, № 6, maddə 812, № 10, maddə 1297; 2021, № 2, maddə 195, № 4, maddə 400) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icra­atı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş plan­lara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.8-ci bəndə “təqdim edir” söz­lərindən sonra “(bu Qaydaların 1.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 1.8-1-ci bənd əlavə edilsin:

“1.8-1. Bu Qaydaların 1.8-ci bən­dində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitə­silə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifa­rişçinin razılığı ilə sorğu əsasında mü­vafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.

4. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2022-ci il 21 sentyabr tarixli 362 nömrəli Qərarı (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1096) ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin, o cümlədən, transsərhəd təsirin qiymət­lən-dirilməsinin aparılması Qaydası və müddəti”nin 4.10-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“4.10. Nəzərdə tutulan fəaliyyətlə bağlı tikintiyə icazə alınması üçün döv­lət ekoloji ekspertizası rəyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-1-ci maddəsinə uy­ğun olaraq tikintiyə icazə verən orqan (qurum) tərəfindən əldə edilir.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları