Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 309 Bakı şəhəri, 5 sentyabr 2023-cü il

M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sər­hədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilo­metrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərma­nının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsə­bəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edil­sin.

2. Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:

2.1. başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federa­siyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;

2.2. son nöqtəsi – M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar–Xudat avto­mobil yolu ilə kəsişməsi.

3. Ödənişli avtomobil yolunun uzunluğu – 129 kilometr.

4. Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri: 

4.1. M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sər­hədi avtomobil yolunun 75-ci kilometri – Giləzi qəsəbəsi; 

4.2. M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sər­hədi avtomobil yolunun 105-ci kilometri – Siyəzən rayonu; 

4.3. R-1 Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri – Gəndob qəsəbəsi;

4.4. R-4 Quba–Xaçmaz avtomobil yolunun 19-cu kilo­metri – Xaçmaz rayonu; 

4.5. R-5 Qusar–Xudat yolunun 22-ci kilometri – Xaçmaz rayonu.

5. Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

5.1. texniki dərəcəsi – I b;

5.2. hərəkət zolaqlarının sayı – 4;

5.3. hərəkət zolağının eni – 3,75 metr;

5.4. yol çiyninin eni – 3,75 metr;

5.5. ayırıcı zolağının eni – 5 metr;

5.6. torpaq yatağının eni – 27,5 metr;

5.7. dayanma zolağının eni – 2,5 metr;

5.8. yol çiyninin bərkidilmiş zolağının eni – 0,75 metr;

5.9. ayırıcı zolaqda bərkidilmiş zolağın eni – 1 metr. 

6. Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, mar­şrutu və əsas texniki göstəriciləri: 

6.1. uzunluğu – 142 kilometr;

6.2. M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sər­hədi avtomobil yolunun 52-194-cü kilometrədək olan hissəsi;

6.3. texniki dərəcəsi – 80 kilometr I b dərəcəli, 62 kilometr II dərəcəli;

6.4. hərəkət zolaqlarının sayı – I b dərəcəli yol üzrə 4, II dərəcəli yol üzrə 2;

6.5. hərəkət zolağının eni – 3,75 metr;

6.6. yol çiyninin eni – 3,75 metr;

6.7. ayırıcı zolağının eni – I b dərəcəli yolda 5 metr;

6.8. torpaq yatağının eni – I b dərəcəli yol üzrə 27,5 metr, II dərəcəli yol üzrə 15 metr;

6.9. dayanma zolağının eni – 2,5 metr;

6.10. yol çiyninin bərkidilmiş zolağının eni – 0,75 metr;

6.11. ayırıcı zolaqda bərkidilmiş zolağın eni – I b dərəcəli yolda 1 metr.

7. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödə­nişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödə­nişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitə­sinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etsin.

8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tap­şırılsın ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları