Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 310 Bakı şəhəri, 6 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Na­zirlər Kabinetinin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazi­sində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müd­dətinin uzadılması) üçün ərizə-an­ket nümunələrinin təsdiq edilməsi barədə” 2014-cü il 7 fevral tarixli 40 nömrəli, “Vergi ödəyicisinin siyahı­ya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçi­rilməsi Qaydaları”nın təsdiq edilmə­si haqqında” 2017-ci il 4 may tarixli 196 nömrəli və “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən küt­ləvi informasiya vasitələri məhsul­larının və kitabların (elektron kitab­lar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə” 2022-ci il 13 may tarixli 184 nömrəli qərarlarında dəyişiklik edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Mə­cəlləsində, Azərbaycan Respublikası­nın Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzala­rın İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respubli­kasının İnzibati Prosessual Məcəllə­sində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və Azərbaycan Respublikasının Miq­rasiya Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli Qanununun icrasını təmin et­mək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 195; 2015, № 10, maddə 1222; 2016, № 8, maddə 1451; 2018, № 4, maddə 822; 2019, № 12, maddə 2093; 2020, № 8, maddə 1125; 2023, № 4, maddə 590, № 5, maddə 708) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazə­sinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket”in 11.7-1.3-cü yarım­bəndində “kütləvi informasiya vasitələ­rinin” sözləri “media subyektlərinin” sözləri ilə, “mass media” sözləri “media entities” sözləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2017-ci il 4 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 967; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 278 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vergi ödə­yicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nın 1.8-ci, 2.1-ci və 2.14-cü bəndlərində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq halla­rında “media” sözü ilə əvəz edilsin. 

3. “İdxalı və satışı əlavə dəyər ver­gisindən azad edilən kütləvi informasi­ya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), ha­belə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilmə­si barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarında (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 546) aşa­ğıdakı dəyişikliklər edilsin:

3.1. adında və mətnində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin; 

3.2. həmin Qərarla təsdiq edilmiş “İdxalı və satışı əlavə dəyər vergisin­dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), ha­belə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın adında “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları