Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 311 Bakı şəhəri, 6 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2019-cu il 22 aprel tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dezoksiribonuklein turşu­su (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, veril­məsi və məhv edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azər­baycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanunu­nun tətbiqi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2023 cü il 11 aprel tarixli 2099 nömrəli Fər­manının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 188 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 779; 2020, № 11, maddə 1408; Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2023-cü il 19 iyul tarixli 233 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bio­loji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 

1. 2.3.2-ci yarımbəndə “DİN-in kri­minalistika xidmətinin əməkdaşı” söz­lərindən sonra “(bu Qaydanın 2.3.3-cü yarımbəndində göstərilənlər istisna ol­maqla)” sözləri əlavə edilsin.

2. 2.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.3.3-cü yarımbənd əlavə edilsin:

“2.3.3. Azərbaycan Respublikası­na qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düş­müş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji materi­al məhkəmə, əməliyyat-axtarış fəaliy­yətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təh­lükəsizliyi Xidmətinin (bundan sonra – DTX) əməkdaşı tərəfindən.”.

3. 2.4-cü bəndə “əməkdaşı” sözün­dən sonra “, Azərbaycan Respublikası­nın işğaldan azad olunmuş ərazilərin­də aşkar edilmiş naməlum meyitlərin müayinəsi zamanı isə DTX-nin əmək­daşı” sözləri əlavə edilsin.

4. 2.9-cu bəndə “DİN Kriminalis­tik Tədqiqatlar İdarəsinə” sözlərindən sonra “(bu Qaydanın 2.9-1-ci bəndində göstərilənlər istisna olmaqla)” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. Azərbaycan Respublikası­na qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düş­müş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən müvafiq qay­dada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DTX-nin Hərbi-tibb baş idarəsinə gön­dərilir.”.

6. 2.11.3-cü yarımbənddə “və ya DİN” sözləri “, DİN və ya DTX” sözləri ilə əvəz edilsin.

7. 3.1-ci bəndə “İdarəsində” sö­zündən sonra “, bu Qaydanın 2.9-1-ci bəndində nəzərdə tutulmuş hallarda isə DTX-nin Hərbi-tibb baş idarəsində” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları