Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 307 Bakı şəhəri, 5 sentyabr 2023-cü il

“İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahı­sı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Ver­gi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika­sının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tən­zimləmə məsələləri haqqında” Azər­baycan Respub-likası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakən­də ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmət­lərə görə ödənilmiş ƏDV-nin qayta­rılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2022-ci il 30 dekabr ta­rixli 1946 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). 

2. Bu Qərarın 1-ci hissəsi ilə təs­diq edilmiş Siyahının 71-ci hissəsi bu Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Azərbaycan Respublikası­nın Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.

3. Bu Qərar 2023-cü il 1 yanvar ta­rixindən tətbiq edilir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları