Kazanda ulu öndərə həsr olunmuş fotosərgi

post-img

XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı çərçivəsində ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

Bundan əlavə, “Mir” kinoteatrında “Heydər Əliyev – əfsanə insan” sənədli filmi (CBC TV-nin istehsalı) “Festivalın xüsusi tədbiri” kimi nümayiş etdirilib.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Festivalın xüsusi tədbi­ri”nin açılışında festivalın icraçı direk­toru, “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova, kinofestivalın münsiflər heyətinin üzvü, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov, Tatarıstan Azərbaycan Milli Mədəni Muxtariyyə­tinin regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

XQ

Son xəbərlər