Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 244 Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Fövqəladə halların qarşısının alın­ması və belə hallarda fəaliyyət üzrə Azərbay­can Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Bakı şəhəri sərni­şin nəqliyyatının işinin daha da təkmilləşdiril­məsi və onun maddi-texniki bazasının möh­kəmləndirilməsi tədbirləri haqqında” 1992-ci il 8 iyul tarixli 388 nömrəli, “Azərbaycan Res­publikası dövlət sərhədinin mühafizəsini güc­ləndirmək tədbirləri haqqında” 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli, “Sülh və mühari­bə dövrlərindəki fövqəladə hallarda Azərbay­can Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barə­də” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsiz­liyin təmin edilməsi haqqında” 1994-cü il 29 iyul tarixli 284 nömrəli və “Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin sahə və müəs­sisələri arasında istehsalat kooperasiyasının inkişafı haqqında” 1995-ci il 20 noyabr tarixli 251 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Pre­ziden-tinin “Azərbaycan Respublikasının ra­yon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu­nun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında” 2001-ci il 8 may tarixli 717 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı haqqında” 2002-ci il 11 may tarixli 920 nömrəli, “Azərbaycan Respublikasında alter­nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 ok­tyabr tarixli 462 nömrəli, “Azərbaycan Res­publikası vergi xidməti işçilərinin peşə bayra­mı gününün təsis edilməsi haqqında” 2005-ci il 1 fevral tarixli 607 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Şəffaflığın artırılması və korrup­siyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul ta­rixli 2292 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 3684 nömrəli Sərəncamına əsasən Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə halların qarşısının alınma­sı və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2005, № 6, maddə 541; 2009, № 2, maddə 144, № 9, mad­də 738; 2014, № 1, maddə 57, № 6, maddələr 745, 747; 2019, № 1, maddə 153; 2022, № 4, maddə 390) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11-ci hissənin birinci abzasında “Azə­ravtonəqliyyat” Konserni, Azərbaycan Dəmir Yolu İdarəsi, Azərbaycan Hava Yolları Dövlət Konserni “AZAL” sözləri “Azərbaycan Avto­mobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanları­nın fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nın on altıncı hissəsində “idarələri və dövlət kon­sernləri, tərkibində nəqliyyat vasitələri olan konsern və idarələr (“AZAL”, “Azəravtonəq­liyyat”, “Azərineft”, dövlət konsernləri, Azər­baycan Dəmir Yolu İdarəsi” sözləri “sahəsi üzrə, tərkibində nəqliyyat vasitələri olan döv­lətə məxsus hüquqi şəxsləri (“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agent­liyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Azər­baycan Respublikası Nazirlər Kabineti fövqə­ladə komissiyasının tərkibi”ndə “E.F.Abdulla­yev - Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi” sözləri “R.M.Rüstəmov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin səd­ri” sözləri ilə əvəz edilsin və “A.H.Aslanov - “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti” sözləri çıxarılsın;

1.4. həmin Qərarla təsdiq edilmiş “Fövqə­ladə halların qarşısının alınması və belə hal­larda fəaliyyət üzrə Azərbaycan Dövlət Sis­temi haqqında Əsasnamə”nin 9-cu hissəsinin səkkizinci abzasında “Azərbaycan Dəmir Yol İdarəsinin” sözləri “Azərbaycan Dəmir Yol­ları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə, onuncu abzasında isə “Azəravtonəqliyyat” Dövlət Konserninin” sözləri “Azərbaycan Av­tomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. “Bakı şəhəri sərnişin nəqliyyatının işi­nin daha da təkmilləşdirilməsi və onun mad­di-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli 388 nömrəli Qərarının (Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 601 nömrəli Qərarı; Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 745) 14-cü hissəsinin birinci abzasında “Azərbaycan Dəmir Yolu İdarəsi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası dövlət sər­hədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2000, № 7, mad­də 574, 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2004, № 4, maddələr 287, 305; 2005, № 6, maddə 558; 2009, № 1, maddə 34; 2014, № 5, maddə 550, № 10, maddə 1311; 2015, № 2, maddə 227; 2017, № 12 (II kitab), maddə 2479; 2018, № 10, maddə 2156; 2022, № 4, maddə 375) 7-ci hissəsində “Azərbay­can Dəmir Yolu İdarəsi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 3, maddə 264; 2013, № 10, maddə 1194; 2014, № 6, maddə 747; 2018, № 12 (II kitab), maddə 2736; 2019, № 1, maddə 153; 2020, № 11, maddə 1417; 2022, № 4, maddə 390, № 8, maddə 974; 2023, № 3, maddə 431) ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçü­rülməsi haqqında Əsasnamə”nin 3.11-ci bən­dində “Azəravtonəqliyyat” Dövlət Konserni” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1994-cü il 29 iyul tarixli 284 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 6, maddə 745) ilə təsdiq edilmiş Əlavə - “Bakı Metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı”nda aşağıdakı dəyişiklik­lər edilsin:

5.1. 17-20-ci hissələrin “İcraçılar” sü­tununda “Azərbaycan Dəmir Yolu” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

5.2. 23-cü hissənin “İcraçılar” sütunun­da “Azərbaycan Hava Yolları” DK” sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1995-ci il 20 noyabr tarixli 251 nöm­rəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 30 sentyabr tarixli 133 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 736; 2010, № 4, maddə 371; 2014, № 1, maddə 57) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası tərəfindən Müstəqil Dövlətlər Birliyinin iştirak­çısı olan dövlətlərin müəssisələri və təşkilatları ilə istehsal kooperasiyasının və ixtisaslaşmanın qorunub saxlanması və inkişafına dair sahə və sahələrarası sazişləri bağlayan və icrasını təmin edən nazirlik, komitə, şirkət, konsern, birlik və təşkilatların Siyahısı”nın on dördüncü abzasın­da “Azərbaycan Hava Yolları” Dövlət Konserni, “Azəravtonəqliyyat” Dövlət Konserni” sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cə­miyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə, “Bakı Dəniz Ticarət Li­manı” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları