Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 245 Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Bakı Metropolitenində 1995-ci il oktyabrın 28-də baş vermiş qəza ilə əlaqədar respublikanın nəqliyyat sahələrində sərni­şinlərin və yüklərin təhlükəsizliyinin təmin edilməsi haqqında” 1996-cı il 24 yanvar ta­rixli 9 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımala­rını tənzimləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təs­diq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli, “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olun­muş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqan­larının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi barədə” 2001-ci il 4 iyun tarixli 113 nömrəli və “Dəmir yolu nəqliyya­tı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitari­ya-mühafizə zonası üçün torpaqayırma Nor­maları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Pre­zi-dentinin “Azərbaycan Respublikasının ra­yon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu­nun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında” 2001-ci il 8 may tarixli 717 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı haqqında” 2002-ci il 11 may tarixli 920 nömrəli, “Azərbaycan Respublikasında alter­nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 ok­tyabr tarixli 462 nömrəli, “Azərbaycan Res­publikası vergi xidməti işçilərinin peşə bayra­mı gününün təsis edilməsi haqqında” 2005-ci il 1 fevral tarixli 607 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Şəffaflığın artırılması və korrup­siyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul ta­rixli 2292 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 3684 nömrəli Sərəncamına əsasən Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1996-cı il 24 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2014, № 6, maddə 745) ilə təs­diq edilmiş Əlavə - “Bakı Metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissənin “İcraçılar” sütunun­da “Azərbaycan Dövlət Dəmir Yolu” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Azərbaycan Hava Yolları” DK, “Azəravtonəqliyyat” DK” sözlə­ri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Döv­lət Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 15-ci hissənin “İcraçılar” sütunun­da “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, “Azəravtonəqliyyat” DK, “Azərbaycan Hava Yolları” DK” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azər­baycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Bakı Dəniz Limanı” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.3. 18-ci və 19-cu hissələrin “İcraçılar” sü­tununda “Azərbaycan Dövlət Dəmir Yolu İdarə­si” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.4. 21-ci hissənin “İcraçılar” sütunun­da “Bakı Dəniz Limanı” sözləri “Bakı Bey­nəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhm­dar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.5. 22-ci hissənin “İcraçılar” sütununda “Azəravtonəqliyyat” DK” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzim­ləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1996-cı il 14 oktyabr tarixli 141 nöm­rəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, mad­də 476; 2002, № 3, maddə 148; 2003, № 6, maddə 342, № 8, maddə 460) 3.1-ci bəndində “Azəravtonəqliyyat” Dövlət Konserni” sözlə­ri “Azərbaycan Respublikasının Rəqəmsal İn­kişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2000, № 11, maddə 828; 2002, № 11, maddə 675; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675, № 9, maddə 736; 2016, № 9, maddə 1585; 2017, № 9, maddə 1742; 2018, № 4, maddə 802, № 11, maddə 2448; 2019, № 9, maddə 1558; 2020, № 9, maddə 1238; 2021, № 10, maddə 1193) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağı­dakı dəyişikliklər edilsin:

3.1. 6.2.12-ci yarımbəndin birinci abza­sında “Azərbaycan Dövlət Dəmir Yolu İdarə­si” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

3.2. 6.2.26-cı yarımbəndin birinci cüm­ləsində “Azərbaycan Dövlət Dəmir Yolları” sözləri “dəmir yolları” sözləri ilə əvəz edilsin;

3.3. 7.1.1-ci yarımbəndin birinci abzasın­da “Azərbaycan Dövlət Dəmir Yolu” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2001-ci il 4 iyun tarixli 113 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2001, № 6, maddə 434; 2006, № 12, maddə 1161; 2008, № 6, maddə 586) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olun­muş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin (yaşayış binaları və yataqxana­larda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi siyahısı”nın “Azərbaycan Dövlət Dəmir Yoluna” hissəsinin adı aşağıdakı redak­siyada verilsin:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə”.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2005-ci il 23 fevral tarixli 33 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2005, № 2, maddə 133; 2006, № 1, maddə 59; 2009, № 9, maddə 736, № 10, maddə 846; 2013, № 6, maddə 739; 2015, № 11, maddə 1418; 2016, № 9, maddə 1565, № 12, maddə 2211; 2018, № 7 (II kitab), maddə 1627; 2019, № 7, maddə 1310; 2020, № 2, maddə 206; 2022, № 11, maddə 1346) ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi müha­fizə zonasına aid torpaqlardan istifadə olun­ması Qaydaları”nın 20-ci hissəsində “ADDY” akronimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları