Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 246 Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlə­rin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Telekommunikasiya haqqın­da” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 158; 2021, № 7, maddə 888; 2022, № 4, maddə 391, № 5, maddə 558, № 8, maddə 1015, № 12, mad­də 1544) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda aşağıdakı dəyi­şikliklər edilsin:

1. 1.2-ci bənddən “əsasən tezlik zolaq­larının ayrılması cədvəlinə və radiotezliklər spektrindən perspektiv istifadə planına” söz­ləri çıxarılsın.

2. 1.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, ra­diotezliklərin ayrılması haqqında qərar olma­dan radiotezliklərdən istifadə etməklə radio­elektron vasitələrin (bundan sonra – REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radioe­lektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırıl­ması və istismar edilməsi qadağandır.”.

3. 1.7-ci, 2.1-ci və 3.1-ci bəndlərdə ismin müvafiq hallarında “radioelektron vasitələri” sözləri ismin müvafiq hallarında “REV” akro­nimi ilə əvəz edilsin.

4. 2.12-ci bəndə “istehsalçı tərəfindən verilən sertifikat” sözlərindən sonra “, DRİ-nin planlaşdırılan radiotezliklər və həmin ra­diotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə rəyi” sözləri əlavə edilsin.

5. 2.26-cı bənd ləğv edilsin.

6. 2.35-ci bənd aşağıdakı redaksiyada ve­rilsin:

“2.35. Radiotezliklərin ayrılması haqqın­da qərar “Lisenziyalar və icazələr haqqın­da” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv edilir: 

2.35.1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edil­dikdə, o cümlədən sellülar (mobil) telekom­munikasiya xidmətləri üçün verilən lisenziya­nın müddəti bitdikdə;

2.35.2. radiotezliklərin ayrılması haqqın­da qərar alındıqdan sonra 1 (bir) ay müddə­tində radiotezlik istifadəçisi tərəfindən DRİ ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

2.35.3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmə­dikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radi­otezliklər 3 (üç) ay müddətində istifadə edil­mədikdə.”.

7. Aşağıdakı məzmunda 2.35-1-ci bənd əlavə edilsin:

“2.35-1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının ke­çirildiyi müddətdə radiotezlik istifadəçiləri­nin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsiz­liyi Xidmətinin təklifi ilə DRİ-nin qərarı əsa­sında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları