Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 247 Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Azərbaycan Respublikasının sta­tistik vahidlərin Dövlət registrinin yaradıl­ması haqqında” 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” 1997-ci il 2 may tarixli 38 nömrəli, “Müəlliflərin və əlaqəli hüquqla­rın sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 22 sent­yabr tarixli 149 nömrəli və “Azərbaycan Res­publikasında ticarət, ictimai iaşə, məişət və di­gər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nöm­rəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji sala­matlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqın­da”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqın­da”, “İstehlakçıların hüquqlarının müdafiə­si haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəl­ləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zo­nalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikasının 2023-cü il 17 fevral tarixli 817-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1993-cü il 22 fevral tarixli 126 nöm­rəli və 23 mart tarixli 159 nömrəli, 1996-cı il 2 avqust tarixli 98 nömrəli qərarları; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 659; 2006, № 4, maddə 371; 2008, № 9, maddə 853; 2010, № 1, maddə 69; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Re­gistri haqqında Əsasnamə”nin 8-ci hissəsində “kütləvi informasiya vasitələri,” sözləri “media subyektləri,” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2002, № 5, maddə 320; 2003, № 9, maddə 524; 2004, № 5, maddə 383; 2006, № 3, maddə 297, № 5, maddə 463; 2008, № 7, maddə 683; 2011, № 4, maddə 363; 2017, № 10, maddə 1928; 2018, № 8, maddə 1809; 2020, № 10, maddə 1310; 2021, № 8, maddə 968, № 9, maddə 1049; 2023, № 3, maddə 425) 9 nömrəli əlavə - “Televiziya və radio verilişlərinin, televiziya filmlərinin və digər televiziya və radio əsərlərinin yara­dıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.4.11-ci yarımbənddə “Teleradio ve­rilişlərinin” sözləri “Televiziya və radio proq­ramlarının” sözləri ilə əvəz edilsin;

2.2. “6.“EKRAN-EFİR” həftəliyinin səhifələrində dərc olunan materiallar üçün müəllif qonorarının minimum miqdarı” his­səsinin cədvəlinin “İşlərin növü” sütununun 2-ci sətrində “Teleradioverilişlərinə” sözləri “Televiziya və radio proqramlarına” sözləri ilə əvəz edilsin;

2.3. 9-cu hissənin adında “Teleradio veri­lişlərinin” sözləri “Televiziya və radio proq­ramlarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 859; 2017, № 12 (II kitab), maddə 2506; 2018, № 8, maddə 1809, № 12, maddə 2734) ilə təs­diq edilmiş “Müəlliflərin və əlaqəli hüquqla­rın sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.14-cü bənddə “digər kütləvi infor­masiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;

3.2. 5.3-cü bənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126, № 8, maddə 1817, № 10, maddə 2162, № 11, maddə 2439; 2019, № 3, maddə 522, № 12, maddə 2101; 2020, № 2, maddə 206, № 10, maddə 1270, № 11, maddə 1411; 2021, № 2, maddə 193, № 10, maddə 1197; 2022, № 4, maddə 374, № 11, maddə 1346) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qay­daları”nın 20-1.6-cı bəndində “kütləvi infor­masiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları