Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 248 Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqın­da” 2005-ci il 18 iyun tarixli 106 nömrəli və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 669-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542; 2006, № 11, maddə 1003; 2009, № 1, maddə 22; 2013, № 6, maddə 761; 2015, № 12, maddə 1594; 2016, № 3, maddə 613, № 6, maddə 1227, № 8, maddə 1449; 2019, № 4, maddə 755; 2020, № 5, maddə 654; 2022, № 2, maddə 185) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhm­dar Cəmiyyətinin Nizamnaməsi”nin 5.16-cı bəndinin ikinci cümləsində “ləğv edilməlidir” sözləri “dövriyyədən çıxarılmalıdır” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, mad­də 1694; 2019, № 4, maddə 756; 2020, № 5, maddə 653, № 7, maddə 964; 2022, № 2, maddə 187) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.5.11-ci yarımbəndində “ləğvi” sözü “dövriyyədən çıxarılması” söz­ləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları