Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 224 Bakı şəhəri, 8 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli, “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edil­məsi barədə” 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli və “Elektron informasiya ehtiyatla­rının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid in­ternet portalına inteqrasiya olunması hədlə­ri”nin təsdiq edilməsi barədə” 2022-ci il 29 yanvar tarixli 38 nömrəli qərarlarında dəyi­şiklik edilməsi haqqında

“Elektron hökumət sahəsində idarəetmə­nin təkmilləşdirilməsi və Azərbaycan Respub­likası Prezidentinin “Azərbaycan Respublika­sının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent­liyinin fəaliyyətinin təmin edilməsi haqqın­da” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inki­şaf və nəqliyyat sahəsində idarəetmənin tək­milləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqın­da” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hö­kumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlə­rinin formalaşdırılması, aparılması, inteqrasi­yası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi təd­birlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının 4.7-ci bəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2021-ci il 12 oktyabr tarixli 306 nöm­rəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175) 2-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İn­kişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Elektron notariat” informasiya siste­mi haqqında Əsasna-mə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1176) 2-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İn­novasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemlə­ri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet porta­lına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 yanvar ta­rixli 38 nömrəli Qərarının (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2022, № 1, maddə 87) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İn­novasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları