Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 223 Bakı şəhəri, 8 iyul 2023-cü il
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 3, maddə 217, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1,maddə 68, № 8, maddə 774; 2012, № 1,maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4,maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12,maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4,maddə 826; 2019, № 1, maddə 154, № 5, maddə 947, № 8, maddə 1468; 2020, № 2,maddə 220; 2021, № 1, maddə 89, № 2, maddə 203, № 6 (IV kitab), maddə 680, № 11, maddələr 1256, 1260; 2022, № 1, maddə 85, № 4, maddələr 390, 406, № 12, maddə 1548; 2023, № 2, maddə 318) aşağıdakı məzmunda 4.35-ci bənd əlavə edilsin:
“4.35. benefisiar dövlət orqanı (qurumu) və ya benefisiar fondun təsdiqedici sənədinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına) və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların və əmlak kompleksi şəklində müəssisələrin yaradılması üçün idxal olunan mallar.”.
2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2026-cı il dekabrın 31-dək qüvvədədir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri