Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 103 Bakı şəhəri, 10 aprel 2023-cü il

Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2013-cü il 12 iyul tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sa­hibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliy­yatlarının uçotunu aparması Qayda­ları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 iyul tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 873) ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, is­tehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uço­tunu aparması Qaydaları”nın 3.3-cü bəndinə “yazılı” sözündən sonra “və ya elektron” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları