Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 102 Bakı şəhəri, 10 aprel 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 54; 2015, № 4, maddə 452, № 5, maddə 621; 2022, № 5, maddə 562) ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasda “Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir” sözləri “Ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla aşağıdakı sənədlər əlavə olunur” sözləri ilə əvəz edilsin.
2. 5.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.4.1. daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi və yaxud xidmət göstərilməsi məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildikdə, xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş mallar ixrac edilərkən bağlanılmış alqı-satqı müqaviləsi;”.
3. 5.4.3-cü yarımbənddən “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılsın.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri