Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 101 Bakı şəhəri, 8 aprel 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 178) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.1-ci bəndində “272605880 (iki yüz yetmiş iki milyon altı yüz beş min səkkiz yüz səksən)” sözləri “295605880 (iki yüz doxsan beş milyon altı yüz beş min səkkiz yüz səksən)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri