Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 100 Bakı şəhəri, 8 aprel 2023-cü il

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edil­məsi, Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Azərbaycan Respub­likası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğ­ləri”nin təsdiq edilməsi, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təs­diq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişikliklər edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 380-14 nömrəli qərarının ləğv edil­məsi haqqında” 2018-ci il 17 aprel ta­rixli 172-12tm nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əmək­daşlara ərzaq payı əvəzinə verilən ay­lıq pul kompensasiyasının məbləğinin, habelə əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təs­diq edilməsi haqqında” 2008-ci il 12 avqust tarixli 183-20 nömrəli qərarla­rında dəyişiklik edilməsi və “Azərbay­can Respublikası Daxili İşlər Nazirliyi­nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşla­rının məbləğləri”nin təsdiq edilməsi, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əmək­daşlarının və dövlət qulluqçusu olma­yan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 380-14 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 172-12tm nömrəli Qərarın­da dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 185-9 nömrəli Qərarı­nın ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 6 sentyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edil­məsi barədə

“Əhalinin sosial rifahının yaxşılaşdırıl­ması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrə­li Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 387 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2019, № 9, maddə 1541; 2020, № 6, maddə 809; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 fevral tarixli 60 nömrəli, 2022-ci il 15 mart tarixli 92 nömrəli və 15 iyul tarixli 267 nömrə­li qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən ma­liyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (ta­rif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur, tam məxfi).

2. Azərbaycan Respublikasının Maliy­yə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2023-cü ilin dövlət büd­cəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, Naxçıvan Muxtar Respublikası Daxili İş­lər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaş­larının məbləğləri barədə müvafiq qərar qəbul etsin.

4. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları