Şuşanın mədəni irsinə vurulan yaralar sağaldılır

post-img

Hər bir xalqın mədəni, kulturoloi irsi qərinələr, əsrlər boyu təkcə paytaxt və iri şəhərlərdə deyil, eləcə də bölgələrdə formalaşaraq inkişaf edir. Bu irsin hərtərə i araşdırılaraq sonrakı nəsillərə bir mənəvi sərvət olaraq ötürülməsinin böyük əhəmiyyəti var. Xalq yalnız öz tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət və ehtiram bəsləməklə, özünün tərəqqi və intibahını təmin edə bilər. 

Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Minaxanım Əsədli son illər ölkəmizin ayrı-ayrı bölgələrinin, xüsusilə Şuşanın kulturoloji irsinin öyrənilməsi istiqamətdində dəyərli araşdırmalar aparır. Təqdirəlayiq haldır ki, kulturoloq alim bu xeyirxah missiyaya tələbələrini də cəlb edibdir. Professor hesab edir ki, Vətəni sevdirmək üçün, ilk növbədə onu gənc nəsillərə yaxından tanıtmaq lazımdır. 

Bu günlərdə professor Minaxanım Əsədli ilə redaksiyamıza təşrif buyurmuşdu. Söhbətə zamanı tariximiz, mədəniyyətimiz barədə maraqlı fikir və mülahizələrini dilə gətirdi. Professor bölgələrin kulturoloi irsinin öyrənilməsinin əhəmiyyəti barədə danışarkən isə əvvəlcə bunları dedi: 

 –Azərbaycanın bütün bölgələrinin kulturoloji irsini öyrənmədən xalqımızın qədim və zəngin mədəniyyətə sahib olmasını sübut edə bilmərik. Çünki sovet hakimiyyəti illərində digər xalqların mədəniyyətləri kimi, bizim mədəniyyətə də Kreml rəhbərliyi tərəfindən birtərəfli münasibət bəslənilmiş, yalnız sovet ideologiyasının təbliği istiqamətində təhlillərə icazə verilmişdi. 

Bu gün müstəqil Azərbaycanın qədim və zəngin mədəniyyətinin bütün sahələrinin həqiqətdə olduğu kimi, təhrif edilmədən öyrənilməsinə və təbliğ olunmasına ehtiyac var. Xüsusən də düşmən tapdağından azad edilmiş ərazilərin həm maddi, həm də mənəvi irsinin araşdırılmasına zərurət yaranmışdır. 

Azərbaycanın digər bölgələri kimi, Qarabağın da özünəməxsus qədim mədəniyyəti var. Tarix boyu bu bölgə haqqında dəyərli fikirlər tarixi mənbələrdə, xüsusilə tanınmış səyyahların əsərlərində yer almışdır. Qarabağın həm təbiətinin füsunkar gözəlliyi, həm də yerli sənətkarların istedad və qabiliyyətləri, onların hazırladıqları nəfis əl işləri diqqət mərkəzində olmuşdur. 

Qarabağın ən gözəl, ən cazibədar şəhərlərindən olan, haqlı olaraq “Milli mədəniyyətimizin tacı” adlandırılan Şuşanın kulturoloji irsini öyrənərkən məlum olur ki, burada milli mədəniyyətimizin bütün istiqamətləri inkişaf etmişdir. Konkret bir faktı yada salaq. Hələ 1883-cü ildə Molla Vəli Qarabaği tərəfindən Şuşada dini musiqi məktəbi yaradılmışdır. 

Bu məktəbdə xanəndəlik, muğamları ifa etmək qaydaları, musiqi nəzəriyyəsi, tar, kaman dərsləri tədris olunurdu. Bununla yanaşı, burada dini elmlər, görkəmli şair və alimlərin əsərləri öyrədilirdi. Məktəbin məzunları sonradan el arasında yaxşı musiqişünas, kamil ədəbiyyatçı kimi tanınırdılar. Müqayisə üçün bildirək ki, o tarixi dönəmdə şərq ölkələrində belə nümunələr, demək olar ki, yoxdur, yaxud çox azdır.  

Fəxrlə qeyd etmək lazımdır ki, XX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilmişdi. Burada yaşayıb-yaratmış ensiklopedik biliyə sahib alim, tarixçi, xəttat, rəssam, ədəbiyyatşünas, astronom, şair, musiqişünas Mir Möhsün Nəvvabın adını xüsusi çəkmək kifayətdir. Onun Şuşanın kulturoloji inkişafında danılmaz xidmətləri olubdur.

Məşhur yazıçı Aleksandr Düma 1859-cu ildə Parisdə nəşr etdirdiyi üç cildlik “Qafqaz səyahətinin təəssüratları əsəri”ndə  ölkəmiz, eləcə də Şuşa haqqında maraqlı fikir və düşüncələrini qələmə almışdır. Dünya şöhrətli ədib  azərbaycanlıların mədəniyyətə sahib olmalarından, Xan qızı  Natəvanın fransız dilində sərbəst danışmasından, onun şahmat oyununu mükəməl bilməsindən həvəslə bəhs etmişdir.  

Tanınmış musiqişünas V.Vinoqradov isə Şuşanın Azərbaycanın mədəniyyəti tarixindəki xüsusi əhəmiyyətini  qeyd edərək yazmışdır: “Şuşa şəhəri gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağlar yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının məktəbi kimi Zaqafqaziyada şöhrət qazanmışdır”. 

Mədəniyyətin inkişafında Şuşada yaşayan zəngin şəxslərin də rolu az olmayıb. Onlardan biri də öz şəxsi vəsaiti hesabına şəhərdə teatr binası inşa etdirən H.A.Xandəmirov idi. Teatr binası araya-ərsəyə gələndən sonra şəhərdə böyük konsertlər, tamaşalar göstərilməyə başlanıldı. Təsadüfi deyidir ki, dahi ingilis dramaturqu Vilyam Şeksprin “Otello” faciəsi ölkəmizdə ilk dəfə Şuşada oynanılmışdı.

Şuşanın  “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılması heç də təsadüfi deyildi. Axı, Şuşa dahi zeyir Hacıbəylinin, məşhur vokalist Bülbülün, görkəmli bəstəkar Süleyman Ələsgərovun və onlarla digər böyük sənətkarların, Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində  ad və iz qoymuş şəxsiyyətlərin vətənidir.

Sovet dövründə də Şuşa öz tarixi-mədəni inkişafını davam etdirmişdir. Məsələn, 1977-ci ildə ümummilli lider Heydər  Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin sənədin icrası sayəsində şəhərdə abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi və s. mühüm məsələlərin müsbət həlli mümkün olmuşdur.  

Şuşanın işğalına qədər burada yüzlərlə  tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi,   uşaq bağçaları,  orta məktəblər, mədəni-maarif və  kənd təsərrüfatı texnikumları,  musiqi məktəbi, mədəniyyət evləri, klublar,  kitabxanalar,  kinoteatrlar,  muzeylər fəaliyyət göstərirdi.  Həmçinin Şuşada Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, Turist bazası, Şərq musiqi alətləri fabriki mövcud idi. Eyni zamanda şəhərdə dahi zeyir Hacıbəyli,  müğənni Bülbülün, ensiklopedik alim Mir Mövsüm Nəvvabın xatirə muzeyləri və digər mədəniyyət müəssisələri var idi. 

Məlumdur ki, 1992-ci ilin mayında Şuşa təcavüzkar Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Şəhər, acı təəssüf ki, 28 il ərzində düşmən əsarətində qalmışdır. Ermənilər Şuşadakı mədəni tarixi abidələrimizə qarşı vandalizm siyasəti yürütmüş, yuxarıda adları çəkilən bütün abidələr, binalar, evlər dağıdılmış, yerlə-yeksan olunmuşdur. Bütün bu ağrı-acılar, təbii ki, hər birimizin ürəyimizin ürəyini sızladırdı. 

Amma heç vaxt ümidimizi itirməmişdik. Ermənilərin Şuşada, Qarabağda törətdikləri qanlı cinayətlər cəzasız qala bilməzdi. Azərbaycan xalqı heç bir vəchlə bu halla əbədi barışa bilməzdi. Nəhayət, Ali Baş Komandanımız lham Əliyevin rəhbərliyi və qalib ordumuzun şücaəti ilə 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad olunmuşdur. Bu şanlı qələbə xalqımızın tarixində əbədi qürur mənbəyi kimi qalacaq! 

 

Professor M.Əsədli sonda Şuşanın müasir mədəni həyatı barədə də söz açaraq dedi: –Son 4 ildə möhtərəm Prezidentimiz lham Əliyevin təşəbbüs və göstərişləri, imzaladığı sərəncamlar əsasında Qarabağda işğaldan azad olunmuş bütün ərazilərdə yüksək səviyyədə tikinti-quruculuq işləri başlanmışdır. Hazırda Şuşanın tarixi siması böyük şövq və zövqlə bərpa olunur, şəhər müasirləşir, gözəlləşir.

Bu gün Şuşa yerli və əcnəbi turistlərin sevə-sevə ziyarət etdiyi mədəni  məkanlardan biridir. Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi bərpa edilir, Molla Pənah Vaqifin məqbərəsi, zeyir Hacıbəyli və Bülbülün ev muzeyləri isə artıq ziyarətçilərini qəbul edir. Bütün bunları görüb müşahidə edərkən adamın qəlbi-ruhu sevinir. 

Xatırladım ki, 1983-ci il iyulun 29-da Şuşa şəhərində Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə ev-muzeyinin təntənəli açılışı olmuşdur. Şuşanın işğaldan azad olunmasından sonra cənab lham Əliyev Şuşaya birinci səfəri zamanı Bülbülün dağıdılmış ocağına gəlmişdir. Evin mövcud vəziyyəti ilə tanış olmuş, həyətdə yerləşən Bülbülün dağıdılmış büstünü vandalizmin nümunəsi olduğunu vurğulamışdır. 

Qısa müddət sonra, daha dəqiq desəm, 29 avqust 2021-ci il tarixində muzeyin rəsmi açılışı olmuş, Prezident lham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Yenidən qurulan muzeyin həyətində Bülbülün qranitdən yeni büstü qoyulmuşdur. Bülbülün “Güllələnmiş büst”ü erməni vandalizminin nümunəsi kimi saxlanılır.  

Şuşa bu gün bütün türk dünyası Şuşa ilə haqlı olaraq qürur duyur. Təsadüfi deyil ki, 2023-cü ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” olmuşdur. 2024-cü ildə isə Şuşanın “slam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi bütün müsəlman dünyasının Azərbaycanın zəngin kulturoloji irsinə olan yüksək diqqət və rəğbətinin təzahürüdür.

Söhbəti qələmə aldı: 

Məsaim ABDULLAYEV

XQ



Müsahibə