Sosial müdafiə büdcəsi böyüyür

post-img

Azərbaycan iqtisadiyyatının dinamik inkişafını özündə ehtiva edən və gəlirlərin artması məqsədilə bu ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik zərurəti ortaya çıxdı. Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib. Büdcə zərfinə daxil olan sənədlərdən biri də “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsidir.

Milli Məclisin Əmək və sosial si­yasət komitəsinin sədri Musa Quli­yev qəzetimizə açıqlamasında qanu­na təklif olunan əlavə və dəyişikliyin, əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndiriləcəyinə yönəldilə­cəyini bildirdi:

– “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi zərurətini yaradıb. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişiklikərin edilməsinə ehtiyacın ya­ranması, əsasən, dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilol­maların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır. Qey­ri-büdcə sektorunda əməkhaqqı artım­ları, bu sahə üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. 

Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcə­sində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxi­lolma məbləği dürüstləşdirilərək mövcud 3.387,1 milyon manatdan 190 milyon manat artırılaraq 3.577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olu­nur. Eyni zamanda, əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25 milyon manat artılaraq 6500 milyon manatdan 6525 milyon manata çatdırılması təklif olunur.

– Bu artımlar əhalinin hansı ka­teqoriyasını əhatə edəcək?

– Fondun büdcəsinin balanslaşdırıl­ması məqsədilə dövlət büdcəsinin öhdə­liklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160 milyon manat azaldıla­raq 1232 milyon manat təşkil edəcək­dir. Beləliklə, fondun xərcləri 30 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılmışdır. DSMF bü­dcəsinin 2024 cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat ar­taraq 6.949.860 min manat təşkil edə­cəkdir. Bu da əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, pensiyaların artımına yönəldiləcək. 

– Musa müəllim, “Əmək pensiya­ları haqqında” Qanuna əsas dəyişiklik nədən ibarətdir?

– “Əmək pensiyaları haqqında” Qa­nun ilə hərbi xidmətə yenidən qəbul edil­diyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ali zabit heyə­tinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olacaq. 

Bu redaksiyanın qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən he­sablanmasında çətinlik yaradırdı. Odur ki, bu şəxslərin əmək pensiyasının ye­nidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən hərbi qulluqçulara əmək pensi­yası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olu­nacaq.

Söhbəti yazdı:
Əliqismət BƏDƏLOV
XQ

Müsahibə