№ 291 Bakı şəhəri, 30 may 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); 2024, № 2, maddə 229; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 aprel tarixli 208 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublika-sının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı” aşağıdakı redaksiyada verilsin (əlavə olunur).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri