“Elektrik kontakt şəbəkədə məftil və trosların bağlanması üçün sıxacların” satın alınması ilə əlaqədar şərtlər toplusunu əldə etmiş və tenderdə iştirak etmək istəyən təchizatçılar, müraciət məktubunu (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə uyğunluq sənədlərini, tender təklifini və tender təklifinin təminatını təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək üçün qeyd edilən elektron poçt üzərindən əlaqəli şəxsə müraciət edilməlidir.
İştirak haqqının ödənilməsi üçün :
İştirak haqqı 450 manatdır (ƏDV daxil).
Hesab nömrələri:
AZ57İBAZ38050019449345061205 (AZN)
AZ47İBAZ38150018409345061205 (USD)
AZ27IBAZ38150019789345061205 (EUR)
AZ64İBAZ38150018109345061205 (RUR).
VÖEN- 9900007721
Bank- “Azərbaycan Beynəlxalq Bankı” ASC “Nərimanov” filialı
Kod-805711
VÖEN- 9900001881
M\h- AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: İBAZAZ2X
İştirak haqqı müəyyən hallar istisna olmaqla geri qaytarılmır. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən iştirak haqqı geri qaytarılır. Təchizatçıların sayının üçdən az olması və ya satınalmanın maliyyələşdirilməsinin dayandırılması hallarında satınalma ləğv edildikdə satınalma planında nəzərdə tutulmuş həmin satınalma predmeti üzrə təkrar satınalma keçirildiyi təqdirdə iştirak haqqını ödəyən təchizatçıların təkrar ödəniş etmədən satınalmada iştirakı təmin edilir.
Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:
– tender təklifi (zərflərin açıldığı gündən etibarən ən azı 40 (qırx) bank günü qüvvədə olmalıdır);
– 12 000 (on iki min) manat məbləğində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30(otuz) bank günü çox olmalıdır).
– təklif azərbaycan dilində hazırlanmalıdır.
Tender təklifi və tender təklifinin bank təminatı möhürlənmiş zərfdə 10 sentyabr 2025-ci il saat 12.00-a qədər Nəsimi rayonu, Dilarə Əliyeva 230, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat və Təsərrüfat departamentinə (satınalma şöbəsi, 169 nömrəli otaq) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqələndirici şəxs - Üzeyir Quliyev, Təchizat və Təsərrüfat departamenti satınalma şöbəsinin “mütəxəssisi”.
Telefon nömrəsi- (050) 300-00-70.e-mail: “[email protected]”
Tender təklifləri 10 sentyabr 2025-ci il saat 15.00”-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 nömrəli ünvanında açılacaqdır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
“Təklifin qiyməti, çatdırılma müddəti, ödəniş şərtləri, zəmanət müddəti, malların texniki uyğunluğu”.
Tender Müşahidə Şurasının 11 aprel 2025-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs və AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər tərəfindən məhsulların (mal, iş və xidmətlərin) vahid satın alınması Qaydalarına uyğun keçirilir.
Zərflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.
Müraciət məktubu forması və Şərtlər toplusunu ady.az saytında “Satınalmalar” bölməsindən əldə edə bilərsiniz.
Satınalma komissiyası