7 ayda dənizdən 1,4 milyon ton yük aşırılıb

post-img

2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1,3 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton yük daşınıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsilə ölkəmizdən 64 milyon dollar dəyərində 112 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,4 milyon dollar və ya 5,1 faiz azalma, həcm ifadəsində isə 65,6 min ton və ya 2,2 dəfə artım deməkdir. Eyni zamanda, ilin 7 ayında dəniz nəqliyyatı vasitəsilə Azərbaycana 1,3 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yük idxal edilib.

İqtisadiyyat