Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu gözəl bayram münasibətilə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram.
Dərin hörmətlə,
Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah
Küveyt Dövlətinin Vəliəhdi