Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

post-img

Martın 17-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz festivalı” keçiriləcək.

Filarmoniyadan XQ-yə bildirilib ki, konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində Filarmoniyanın istedadlı solistlərinin konsert proqramı təqdim olunacaq. Həmçinin festival müddətində qonaqlar üçün sərgi və yarmarka da təşkil ediləcək.

Martın 18-də isə Filarmoniyanın “Sədəf” xalq çalğı alətləri ansamblının solo konserti keçiriləcək. Konsertdə ansamblın uzun illər ərzində formalaşmış repertuarından seçilmiş əsərlər səslənəcək.



Mədəniyyət