Adın şərəflidir, şəhid anası

post-img

Şirvan 

Şəhid ailələrinin üzvləri, din xadimləri və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğının dövlət siyasəti səviyyəsinə qaldırıldığını, onun Azərbaycan xanımları haqqında səsləndirdiyi yüksək fikirləri xatırladıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazasının yaradıldığını bildirən İ.Abbasov zərif cinsin nümayəndələrinin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb. O, mübarək Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini qeyd edib.

Görüşdə çıxış edən “Əminlər” şirkətinin rəhbəri Məmməd Mənsimov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhid atası Alim Zülfüqarov və şəhid anası Xuraman Muradova xalqımıza tarixi zəfər qazndıran ordumuzun qəhrəmanlığından söz açıblar. Şəhidlərimizə rəhmət, qazilərə can sağlığı diləyiblər, onların hünərinin həmişə qədirbilənliklə dəyərləndirildiyini qeyd ediblər.  

Şəhid anaları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Füzuli

Füzulidə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət qadın siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin qadınların cəmiyyət həyatında rolunun daha da gücləndirilməsinə verdiyi mühüm töhfələr söhbət açıb. 

YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək Azərbaycan qadınlarının tarixən göstərdikləri fədakarlıqdan, şəhid analarının və həyat yoldaşlarının qəhrəmanlıq nümunəsi göstərərək cəmiyyətimiz üçün böyük mənəvi dayaq olduqlarını vurğulayıb. 

Beyləqan 

Şəhid anaları ilə görüşdə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal rol oynadığını, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm xidmətlər göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətində qadınların rolu xüsusi önəm daşıyır. Rayon rəhbəri, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, humanitar təşəbbüsləri və xeyriyyəçilik missiyasından bəhs edərək qeyd edib ki, onun fəaliyyəti Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini, humanist dəyərlərini və cəmiyyət həyatındakı nüfuzunu bir daha aydın şəkildə nümayiş etdirir.

Şəhid anaları və şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının hər zaman hiss olunduğunu qeyd ediblər.

Mikayıl NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri

 

 

 

 





Sosial həyat