Fevralın 17-20-də UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib.
XQ xəbər verir ki, sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təmsil olunub.
İclasın gündəliyinə uyğun olaraq, fevralın 20-də Komitənin 20-ci sessiyası üçün Büronun tərkibinə seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən, Azərbaycan yekdilliklə Büronun sədr müavini vəzifəsinə seçilib.
Azərbaycanın bu mühüm vəzifəyə seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması və təşviqi, habelə UNESCO-nun müvafiq konvensiyasının məqsəd və prinsiplərinin həyata keçirilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

