“Nazarbayev Kimya və Bioloji İstiqamətli İntellektual Məktəb”də Azərbaycan güşəsi açılııb

post-img

Bakı şəhəri Nərimanov rayon ərazisindəki 36 saylı orta məktəb ilə qardaşlaşmış “Nazarbayev Kimya və Bioloji İstiqamətli İntellektual Məktəb”də Azərbaycan guşəsinin açılışı və Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı, baş konsulluğun əməkdaşları, Türkiyənin Aktaudakı baş konsulu Sabri Alptekin, məktəbin direktoru Rinat Jumabayev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Şagirdlər tədbir iştirakçılarına Azərbaycan guşəsi ilə bağlı məlumat verdikdən sonra məktəbin direktoru Rinat Jumabayev Bakı şəhərindəki 36 saylı məktəblə əlaqələr, qarşılıqlı səfərlər, məktəblər arasında qurulan xoş münasibətlər  haqqında danışıb.

Ayxan Süleymanlı məktəbdə Azərbaycan guşəsinin yaradılmasına görə direktora təşəkkürünü bildirib, məktəbin kollektivini Novruz bayramı münasibəti ilə təbrik edib və məktəbə ölkəmizlə bağlı kitablar bağışlayıb.

Sonra tədbir iştirakçıları məktəbin həyətində şagirdlərin kitab oxumağa həvəsini artırmaq üçün quraşdırılan kitab rəfi ilə tanış olub, həyətdə milli üslubda quraşdırlan çadırlara gedərək qazax xalqının qədim xalça sənəti ilə tanış olduqdan sonra Novruz şənliyinə qatılıblar.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau

 

 

 









Mədəniyyət