Üzeyir Musiqi Günü təntənələri

post-img

1995-ci ildən başlayaraq, hər il sentyabrın 18-də ölkəmizdə Üzeyir Musiqi Günü təntənə ilə qeyd edi­lir. Milli musiqi bayramına çevrilmiş 18 sentyabrda ölkəmiz musiqili şənliklər məkanı olur. Bu əlamətdar gündə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı da start götürür.

Dünən səhər Fəxri xiyaba­na gələn tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi­sevərlər əvvəlcə ümummilli lider, milli mədəniyyətimizin unudulmaz hamisi Heydər Əli­yevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələ­ri qoyublar. Görkəmli oftal­moloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər görkəm­li mədəniyyət və incəsənət xa­dimlərinin məzarları da ziyarət edildi. Milli musiqimizin bani­sinin məzarı önündə keçirilən mərasimdə mədəniyyət naziri­nin müavini Murad Hüseynov dahi bəstəkarın zəngin yara­dıcılığından, musiqi mədəniy­yətimizin tarixindəki rolundan danışdı. O, Üzeyir Hacıbəylinin zəngin, çoxşaxəli irs yaratmış nadir sənətkar olduğunu qeyd etdi. Çıxış edən digər mədəniy­yət xadimləri milli musiqimizin banisinin ölməz əsərlərindən söz açdılar. Diqqətə çatdırıldı ki, Üzeyir bəy tanınmış mu­siqiçi olmaqla yanaşı, həm də görkəmli ictimai xadim olub. 

Bakı Musiqi Akademiyası­nın çevrəsi Üzeyir musiqisinin möhtəşəm sədalarına bürün­müşdü. Üzeyir Musiqi Günü münasibətilə akademiyanın qarşısında ənənəvi şənlik ke­çirilirdi. Təntənəli mərasimdə incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak edirdilər.

Akademiyanın rektoru, Xalq artisti, professor Fər­had Bədəlbəyli Üzeyir Ha­cıbəyli Musiqi Gününün milli bayram kimi qeyd edilməsi ənənəsinin əsasını ümummilli lider Heydər Əliyevin qoydu­ğunu dedi: 

– Üzeyir Hacıbəylinin adını daşıyan akademiyamızın mə­zunları nəinki Azərbaycanda, bütün dünya ölkələrində uğurla çıxış edirlər. Bu, Üzeyir bəyin yaratdığı məktəbin uğurudur. Dahi bəstəkarın xatirəsi və irsi musiqi ictimaiyyətinin və qədir­bilən insanların qəlbində daim yaşayacaq.

Mədəniyyət nazirinin müa­vini Murad Hüseynov isə xalqı­mızın musiqi mədəniyyətinin bünövrəsini qoymuş bəstəkarın həmişəyaşar sənət yolundan söz açdı:

– Yer üzündə elə bir ölkə yoxdur ki, orada Üzeyir bəyin musiqisi səslənməsin. Bizim musiqiçilər dünyanın müxtəlif səhnələrində uğurla çıxış edərək milli musiqimizi təbliğ edirlər.

Digər natiqlər də Üzeyir Ha­cıbəylinin Azərbaycan musiqi­sinin inkişafı və dünyaya tanı­dılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə onun xatirəsinə həsr olunmuş Musiqi Günü ke­çirilməsi ənənələrindən danışdı­lar. Mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətin­də Prezident İlham Əliyevin və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən söz açdılar.

Azərbaycan Milli Konser­vatoriyasının rektoru, Xalq ar­tisti, professor Siyavuş Kərimi XQ-yə bildirdi ki, keçirilən təd­birlər, Azərbaycan musiqisinə, o cümlədən Üzeyir bəyə olan hör­mətin təzahürüdür. Xalq artisti bütün musiqiçiləri, bütövlükdə, Azərbaycan xalqını bu bayram münasibətilə təbrik etdi, mədəni dəyərlərimizin hər zaman yük­səkdə olmasını arzuladı.

Xalq artisti, professor Yalçın Adıgözəlov Üzeyir Ha­cıbəylinin musiqimizin inkişa­fındakı xidmətlərinin misilsiz olduğunu dedi:

– Bu gün hamımızın bay­ramıdır. Bu təntənənin təməlini Ulu öndərimiz qoyub. Biz mu­siqiçilər Üzeyir Hacıbəylinin işini davam etdiririk. Musiqi Akademiyası böyük sənətkarın ocağıdır.

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hər­bi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasın­da klassik musiqi nümunələri təqdim olundu.

Üzeyir Hacıbəyli Musiqi Günü təntənələri Azərbaycan Milli Konservatoriyasında da­vam etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında isə Üzeyir Mu­siqi Günü münasibətlə virtual sərgi hazırlanmışdı. Kitab-xananın fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə Üzeyir Hacıbəylinin “Azərbay­can xalq musiqisinin əsasları” elmi işinin adaptasiya versiya­sı, “Koroğlu. Partitura” (5 pər­də), “Üzeyir Hacıbəylinin bədii dili”, “Qara Qarayev tələbələrin xatirəsində”, “Doğma elin ha­layları” dərs vəsaiti, “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri”, “Qüdsinin mu­siqi dünyası” fortepiano ilə oxu­maq üçün romanslar, “Azərbay­can bəstəkarlarının əsərləri”, “Azərbaycan xalq mahnıları”, “Milli naxışlar” fortepiano üçün 10 konsert pyesi və digər dəyər­li kitablar nümayiş olunurdu. 

Bundan əlavə, Beynəlxalq Muğam və Beynəlxalq Qəbələ Musiqi festivallarından, eləcə də “Qarabağ xanəndələri” və “Gənc xanəndələr” adlı MP3 formatında olan albomlar və “Xarıbülbül” Beynəlxalq Mu­siqi Festivalının və “Şuşa – İs­lam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışının videogörüntüləri virtual sərgidə yer almışdı.

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət