Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir

post-img

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, seçkilərdə səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək.

Seçkilərlə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər Prezident seçilmək üçün birinci turda 50% + 1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək.

Qeyd edək ki, prezident postu uğrunda ümumilikdə 7 namizəd mübarizə aparır.

Dünya