Gəncədə “Nizami günləri”

post-img

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsinin açılışı olub.

Mərasimdə  akademik Rafael Hüseynov “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri”,  filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzularında çıxış ediblər.

Daha sonra Nizami məqbərəsində Əməkdar incəsənət xadimi Hafis Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ilk dəfə "5 qapı" tamaşası təqdim olunub. Tamaşanın libretto müəllifi Şahin Musaoğlu, bəstəkarı isə Tamilla Əhədovadır.

Layihə sentyabrın 15-dək müxtəlif proqramlarla davam edəcək.

XQ

 

Mədəniyyət