Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümünün açılışını edəcək. Teatrın yaradıcı heyəti Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” pyesini təqdim edəcək.
Tamaşada Fikrət Əmirovun əsərlərindən, xalq musiqilərindən və Əməkdar mədəniyyət işçisi, tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunub.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov və digər aktyorlar ifa edirlər.
XQ