Pop ulduz məşhur mahnısını yeni tərzdə ifa etdi

post-img

Xalq artisti Tünzalə Ağayeva “Xoş gəldin” adlı mahnısını 11 il sonra yenidən təqdim edib. 

XQ-ya verilən xəbərə görə, pop ulduz mahnını bu dəfə gənc müğənni, “Avroviziya” iştirakçısı, “The Voice” səs yarışmasının qalibi Nadir Rüstəmli ilə birgə ifa edib. Estrada ulduzları “Xoş gəldin” mahnısına yeni nəfəs veriblər. Onların duetləri böyük maraqla qarşılanıb.

Xalq artisti duetlə bağlı təəssüratlarını bölüşərək bildirib ki, Nadir Rüstəmli böyük səs diapazonuna malik gənc ifaçıdır. O, bu mahnının öhdəsindən məharətlə gəldi. Duetimizi çox bəyəndim və inanıram ki, mahnımın yeni versiyası da əvvəlki kimi  çox seviləcək.

Sözügedən duet Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşən “Yay festivalı” adlı bağlanış konsertində səsləndirilib. 

Qeyd edək ki, müğənni mahnını ilk dəfə Azərbaycanın "Eurovision 2013" milli seçim turlarının final mərhələsində ifa edib. Mahnının musiqisi ifaçıya, sözləri Mələk Xəlilə, aranjemanı isə Emin Karimova məxsusdur.

Fidan

XQ

Mədəniyyət