“Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”

post-img

İranın paytaxtı Tehran şəhərində keçirilən kitab sərgisində tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun bu şəhərin “Nəbati” nəşriyyatında çap edilmiş “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitabı böyük maraqla qarşılanıb.

“Məhəmməd Əmin Rəsulzadə ensiklo­pediyası” İran da daxil olmaqla nəşr edilən 4-cü ölkədir. Bundan əvvəl həmin ensiklo­pediya Azərbaycan, Türkiyə və Rusiyada çıxıb. Ensiklopediyanın ərəb dilində nəşri də hazırlıq mərhələsindədir. Kitabın alman, fransız dillərində də nəşri planlaşdırılır. Qeyd edək ki, ensiklopediya qısa məzmun­da ingilis dilində oxucuların ixtiyarına ve­rilmişdir. 

Toplunu İran Yazıçılar Birliyinin üzvü, qəzəlxan, naşir Seyyid Mahmud İbadi Maqsudoğlu çapa hazırlayıb. 

Kəmalə ABDİNOVA
XQ

Mədəniyyət