AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR

post-img

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI

QƏRAR

№ 3-27/3-7-11/2024

Bakı şəhəri                                                                                                                                                                        15 iyul 2024-cü il

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 23 iyun tarixli 3-27/3-7-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də və 2023-cü il 6 iyul tarixli 3-27/3-7-6/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respub­likasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 

qərara alır: 

1. Azərbaycan Respublikası Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 23 iyun tarixli 3-27/3-7-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəet­mə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də və 2023-cü il 6 iyul tarixli 3-27/3-7-6/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, apa­rılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələb­lər”də dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müd­dətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Re­yestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Döv­lət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 

Kollegiyanın sədri,  rəqəmsal inkişaf və nəqliyyat naziri                                                   Rəşad Nəbiyev

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliy­yat Nazirliyinin Kollegiyasının 2024-cü il 15 iyul tarixli 3-27/3-7-11/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Rəqəmsal İnki­şaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 23 iyun tarixli 3-27/3-7-4/2023 nömrəli Qərarı ilə təs­diq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özü­nüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də və 2023-cü il 6 iyul tarixli 3-27/3-7-6/2023 nömrəli Qərarı ilə təs­diq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilmə­si ilə bağlı texniki tələblər”də dəyişiklik: 

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyinin Kollegiyasının 2023-cü il 23 iyun tarixli 3-27/3-7-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumları­nın) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”ə aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:

“3.7-1. Proqram təminatının hazırlanması və istismarı zamanı Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehti­yatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiya­sı və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” 2023-cü il 1 avqust tarixli 2279 nömrəli və “Dövlət orqanlarında (qurumlarında) nor­mayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanlarına uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS), EHİS-in Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (elektron sənəd dövriyyəsi sistemlə­rinə münasibətdə) və “Normativ hüquqi aktlar” informasiya siste­minə (normayaratma fəaliyyətinin elektron qaydada həyata keçiril­məsinə münasibətdə) inteqrasiya imkanı təmin edilməlidir.”.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyinin Kollegiyasının 2023-cü il 6 iyul tarixli 3-27/3-7-6/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemləri­nin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiya­sı və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”in 2.13-cü bən­di aşağıdakı redaksiyada verilsin:

“2.13. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdı­rılması və istismarı zamanı Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təs­diq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət orqanları (qu­rumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqın­da” 2023-cü il 1 avqust tarixli 2279 nömrəli və “Dövlət orqanların­da (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqın­da” 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanlarına uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS), EHİS-in Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (elektron sənəd dövriyyəsi sistemlərinə münasibətdə) və “Normativ hüquqi aktlar” informasiya sisteminə (normayaratma fəaliyyətinin elekt­ron qaydada həyata keçirilməsinə münasibətdə) inteqrasiya imkanı təmin edilməlidir.”.

Son xəbərlər