Ümummilli liderin bioqrafiyasının teatr səhifəsi

post-img

Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər. Heç kim bilmir ki,  aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir.    

HEYDƏR ƏLİYEV

Ümummilli lider

                           

Xalqımızın ümummilli lideri, milli mədəniyətimizin misilsiz himayədarı Heydər Əliyevin teatr və orada çalışan insanlar haqqında dediyi bu qiymətli sözləri oxuyanda istər-istəməz belə bir qənaət yaranır ki, bu ifadələri yalnız səhnə həyatını dərindən duyan, ona daxilən bələd olan bir insan söyləyə bilər. Bəli, bu sözlərin müəllifi, yüksək sənət zövqü və estetik düşüncəsi olan Heydər Əliyev yeniyetməlik çağından teatr aləminin sehrinə düşmüş, həyatının bütün mərhələlərində, dahi və fenomenal bir şəxsiyyət kimi tanınanda da, ömrünün sonunadək bu sehirdən xilas olmaq bilməmişdir.

Ulu öndərdə teatra sonsuz məhəbbəti yaradan isə, hər şeydən əvvəl, Naxçıvanın teatr mühiti olmuşdur. Doğulub böyüdüyü şəhərdəki dram teatrının tamaşalarına xüsusi maraq göstərən gənc Heydər, demək olar ki, 14 yaşından bu qədim sənət ocağının daimi izləyicisinə çevrilir. Teatra vurğunluğu onu 1938-ci ildə Naxçıvan Şəhər Pionerlər vində yenicə təşkil olunan dram dərnəyinə gətirir. Həmin dərnəyin təşkilatçısı və rəhbəri, Naxçıvan Dövlət Dram Teatrının aktyoru Miribrahim Həmzəyev bu istiqanlı yeniyetmədə fitri istedadı sezərək ona əvvəlcə əsas rolları, sonrakı tamaşalarda isə baş rolları etibar edir.

Naxçıvan Pedaqoji Məktəbində təhsil aldığı illərdə bu dram dərnəyinin əal üzvü olan tələbə Heydər Əliyev burada hazırlanan “Qaralar ölkəsində” K.Həsənov, “ ənkəran xanı vəzirinin sərgüzəşti” M.F.Axundov, “On min manatı kim uddu ” M.S.Ordubadi , “Qanlı döyüş” İ.Həmzəyev kimi tamaşalarda oynadığı baş və əsas rollarla tamaşaçıların, xüsusən də müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanır. 

“Qayıdış” adlı sənədli televiziya filmində o illəri xatırlayan ulu öndər  Heydər Əliyev deyir: “14–15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, Həmzəyev dram dərnəyi təşkil edib. Mən də o dərnəyə yazıldım və həvəslə iştirak etdim. Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam, baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.

AMA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov özünün “Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq haqqında”  kitabında ulu öndərin Naxçıvan Teatrı ilə bağlı məqamlarından birini belə təsvir edir: “1958-ci ilin əvvəlləri idi. Azərbaycan A Memarlıq və İncəsənət İnstitutunun aspirantı idim. Respublika Mədəniyyət Nazirliyinin xətti ilə Naxçıvana ezamiyyətə göndərilmişdim. Naxçıvan Dövlət Dram Teatrının iki tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb fikirlərimi söylədim. Müzakirədən sonra İbrahim Həmzəyev söhbət zamanı “Vaxtı ilə bizdə yaxşı istedadlar, həvəskarlar vardı” deyərək, Heydər Əliyevin adını çəkdi və onun nəinki istedadlı bir aktyor, hətta qüvvətli bir teatr nəzəriyyəçisi ola biləcəyini vurğuladı və dedi ki, onda teatra, aktyor sənətinə belə aydın münasibət var idi. Mən ilk dəfə Heydər Əliyevin adını o gün orada, İbrahim Həmzəyevin dilindən eşitdim”.

Ulu öndərin özünün də qeyd etdiyi kimi, Naxçıvan Şəhər Pionerlər vindəki dram dərnəyinin üzvü olduğu illərdə İbrahim Həmzəyevin rejissorluğu ilə hazırlanan tamaşaların bir neçəsində baş rolların ifaçısı olmuşdur. Bunlardan biri də müəllifi Kərəm Həsənov olan “Qaralar ölkəsində” adlı tamaşadakı Kral rolu olmuşdur. Bu tamaşadan sonra,  bir müddət sinif  yoldaşları onu “Kral” deyə çağırırmışlar. 

Məhz həmin tamaşadan bir səhnənin şəkili Heydər Əliyevin bu dram dərnəyindəki fəaliyyətini əks etdirən yeganə sənəddir. Lakin böyük təəssüflər olsun ki, hələ ümummilli liderimizin sağlığında ilk dəfə olaraq doğma Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev Muzeyində, sonralar Bakıda, o cümlədən respublikamızın digər şəhər və rayon mərkəzlərində təşkil olunmuş belə xatirə mərkəzlərində həmin foto yanlış təqdim olunur. Buna səbəb isə 2005-ci ildə Moskvanın “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görmüş “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı olmuşdur. Bu tarixi seriyanın Azərbaycan xalqının Ümummilli liderinə həsr olunmuş 932-ci nəşrində həmin şəkil “Səməd Vurğunun “Vaqif” pyesi əsasında tələbə tamaşası. Heydər Əliyev solda” qeydi ilə yer alıb. Məhz həmin yazı Heydər Əliyev muzeylərində və mərkəzlərində, o cümlədən təşkilat, idarə və  müəssisələrdəki Ulu öndərə həsr olunmuş guşələrdə sərgilənən eyni şəkilin altında da təkrarlanır.

Bu yanlış məlumatı sadə bir faktın məntiqi təkzib edir: Heydər Əliyev 1938-ci ilin əvvəlindən 1939-cu ilin ortalarınadək Naxçıvan Şəhər Pionerlər vindəki dram dərnəyinin üzvü olub. 1939-cu ilin sentyabrından isə o, artıq Azərbaycan Sənaye İnstitutunun tələbəsi idi. S.Vurğunun “Vaqif” pyesi isə ilk dəfə 5 oktyabr 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmişdi. Bundan, təxminən, bir il sonra Naxçıvan Dövlət Dram Teatrı da həmin əsərə müraciət etmişdir.

Tarixi sənədlər göstərir ki, “Vaqif” pyesinin tamaşaya qoyulması üçün Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1939-cu il 10 sentyabr tarixli qərarı ilə Naxçıvan Teatrının hesabına 0 min manat vəsait köçürülmüşdür. Məşqlər sentyabrın 14-də başlamış, oktyabrın 19-da yekunlaşmışdır. “Vaqif” dramının tamaşaya qoyulması münasibətilə Səməd Vurğun Naxçıvan Teatrına ünvanlandığı təbrik teleqramında yazmışdı: “Kollektivinizin yaradıcılıq qələbələrini təbrik edir, tamaşada şəxsən iştirak edə bilməyəcəyimə dərin təəssüf edirəm”.

Bakıdan dəvət olunmuş rejissor Həsən Əliyevin quruluşunda və  teatrın baş rəssamı Şamil Qazıyevin bədii tərtibatında “Vaqif” tamaşasının premyerası oktyabrın 1-də olmuş və teatr yeni mövsümünü bu əsərlə açmışdır. Naxçıvan səhnəsində ilk dəfə Vaqif obrazını İbrahim Həmzəyev ifa etmişdir.

Buradan belə bir nəticə hasil olur ki, “Vaqif” pyesini Naxçıvanda Dövlət Dram Teatrı 1939-cu il sentyabrın əvvəllərində, yəni kollektiv məzuniyyətdən qayıtdıqdan sonra, yeni mövsüm ərəfəsində əldə etmişdirsə, bu əsər əsasında şəhərdəki dram dərnəyində necə tamaşaya hazırlana bilərdi Digər tərəfdən, həmin dram dərnəyinin rəhbəri İbrahim Həmzəyev Vaqif obrazını ilk dəfə özü həmin ilin sentyabrında hazırlamışsa, o, bir neçə ay əvvəl bu obrazı teatr həvəskarı Heydər Əliyevə necə həvalə edə bilərdi?

Naxçıvan Şəhər Pionerlər vindəki dram dərnəyində isə nə onda, nə də 1940–50-ci illərdə “Vaqif” tamaşaya qoyulmayıb. Bu, Hüseyn Cavidin “Şeyx Sənan” pyesinə də aiddir. Haqqında söhbət açdığım məşhur foto “Heydər Əliyev və Hüseyn Cavid” kitabında “Gəncliyində Naxçıvanda bir sıra teatr tamaşalarında rol alan Heydər Əliyev solda “Şeyx Sənan” pyesində” alt yazısı ilə təqdim olunmuşdur. Bu foto Bakıdakı Hüseyn Cavidin v-Muzeyində də eyni mətnlə nümayiş etdirilir.

Geniş yayılmış “Səməd Vurğunun “Vaqif” pyesi əsasında tələbə tamaşası. Heydər Əliyev solda” yazısı başqa bir sual doğura bilər: Tələbə Heydər Əliyev, bəlkə, o, Vaqif rolunu Bakıda oxuyarkən ifa edib Bu sualın cavabında bildirək ki, Bakı mühitinə yenicə düşmüş, bir tələbənin dərhal dram dərnəyinə qoşulması ağlabatan deyil. Şəkil isə bizə hər şeyi aydınlığı ilə göstərir: 14 – 15 yaşlı bir yeniyetmə və onun səhnə geyimi – başında tac, belində xəncər Belə geyim nə şair və vəzir Vaqifə, nə də din xadimi Şeyx Sənana uyğun gəlir. Bu obrazların hər ikisi saqqallı və əmmaməli olmalı idi. Şəkildə isə saqqal yox, parik görürük.  Tac və xəncər isə yüksək rütbəli, hakim bir obrazdan xəbər verir. Bu, Qaralar ölkəsinin kralı deyilmi?

Sənaye İnstitutunun birinci kursunun sonlarında Heydər Əliyevin 17 yaşı var idi. Bir məqamı da xatırladaq ki, 1937-ci ilin iyunundan respublikada H.Cavidin bütün əsərlərinin dərci, kitablarının nəşri, tamaşalarının oynanılması qadağan olunmuşdu. Belə bir dövrdə hansı “Şeyx Sənan”dan söhbət gedə bilər?

Əldə etdiimiz bilgiyə əsasən, Azərbaycan Sənaye İnstitutunda oxuyan Heydər  Əliyev  teatr aləmindən ayrı düşməsi ilə barışa bilmir və imkan tapdıqca tələbə dostları ilə Azərbaycan Dövlət Dram Teatrının tamaşalarına gedir. O, ikinci kursdan səhnəyə maraq göstərən istedadlı tələbələri bir yerə toplayaraq institutda dram dərnəyi yaradılmasına nail olur. Məhz bu dram dərnəyindəki fəaliyyəti gənc Heydər Əliyevin təşkilatçılıq və rəhbərlik keyfiyyətlərini ilk dəfə üzə çıxarır.

Həmin dram dərnəyində V.Şekspirin “Hamlet” faciəsindən bir pərdə hazırlanır və baş rolu Heydər Əliyev özü ifa edir. Bu səhnəcik və Hamlet obrazı, xüsusən də onun monoloqunu müəllim və tələbələr rəğbətlə qarşılayırlar. Bu barədə Ümummilli lider Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 00-ci ildə tamaşaya qoyulan “Hamlet”in premyerasından sonra yaradıcı heyətlə səhnədəki görüşü zamanı özü söhbət açmışdı.

1941-ci ildə SSRİ – Almaniya müharibəsinin başlanması səbəbindən ali təhsillini yarımçıq Heydər Əliyev Naxçıvanın müxtəlif  dövlət idarə və təşkilatlarında məsul vəzifələrdə işləməli olur. O bu dövrdə imkan tapıb Naxçıvan Teatrının tamaşalarına getmiş, sevimli sənət müəllimi İbrahim Həmzəyevlə, kollektivin üzvləri ilə görüşmüş, onlarla söhbətdən, xatırladığı kimi, “xüsusi zövq” almışdır. Ulu öndərin məxsusi teatr sevgisi və bu sənətə böyük marağı ömrünün sonunadək davam etmişdir.

Ələkbər QASIMOV,

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, dosent

 

 



Mədəniyyət