İslamabad şəhərində parlamentlərarası konfrans keçirilib

post-img

Pakistan İslam Respublikasının İslamabad şəhərində parlamentlərarası konfrans keçirilib. Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, tədbirdə “Sülh, təhlükəsizlik və inkişaf” mövzusunda müzakirələr aparılıb. Konfransda çıxışı zamanı Əli Əhmədov Azərbaycan Respublikasının sülhün, təhlükəsizliyin və regional sabitliyin təmin olunmasına yönəlmiş siyasəti barədə danışıb.  O, çıxışında Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin xüsusi önəmini qeyd edib.

Konfransın sonunda iştirakçı ölkələr tərəfindən İslamabad Kommünikesi qəbul edilib.

Siyasət