Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi olub

post-img

Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir.

XQ xəbər verir ki, böyüklər arasında keçirilən bu yarışda gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramları üzrə çıxış edəcəklər. Yarışın iki günü təsnifat mərhələsi, sonuncu gün isə finallar baş tutacaq. Bu gün start götürən yarışın açılış mərasimində iştirakçı ölkələrin bayraqları təqdim olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar açılış mərasimində çıxış ediblər.

Sonra Nizami Gəncəvinin ölməz əsərlərinə həsr olunmuş “Nizami xəzinəsi” adlanan bədii hissə təqdim olunub.

Bədii hissənin ardından gimnastların çıxışları olub. Bu gün gimnastlar fərdi proqram üzrə çıxış edilər.

Qeyd edək ki, yarışa noyabrın 16-da yekun vurulacaq.

İdman