Əhalinin nominal gəlirləri artıb

post-img

İlkin məlumata görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 73 milyard 705,9 milyon manat və ya hər nəfərə orta hesabla 7196,8 manat olub.

Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 64 milyard 793,6 milyon manat təşkil edib.

İqtisadiyyat